Bazar qiyməti tətbiq ediləcək halların əhatə dairəsi genişləndiriləcək? (2-ci yazı)

Bazar qiyməti tətbiq ediləcək halların əhatə dairəsi genişləndiriləcək? (2-ci yazı)

Mks.az saytı olaraq, 1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində təklif edilən dəyişikliklər barədə silsilə yazılar təqdim etməyə başlayırıq

Xəbər verildiyi kimi, Dövlət Vergi Xidməti tərəfindən Vergi Məcəlləsində dəyişikliklər paketi hazırlanaraq müvafiq dövlət qurumları ilə müzakirəsi həyata keçirilir. Mks.az saytı olaraq, 1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində edilməsi təklif edilən dəyişikliklər barədə silsilə yazılar təqdim etməyə başlayırıq.

Vergi Məcəlləsində təklif edilən dəyişikliklərdə bazar qiymətinin tətbiq edilən halların əhatə dairəsinin genişləndirilməsi təklif edilir. Belə ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə təklif edilən əlavəyə əsasən, Vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda) və ya təqdim edilmiş sənədlərdə təhrif olunmuş məlumatlar əks etdirildikdə bazar qiyməti tətbiq ediləcək.

Misal. Vergi orqanı səyyata vergi yoxalaması zamanı vergi ödəyicisindən təqdim edilən mallarla bağlı sənədlər tələb etsə də, vergi ödəyicisi bəzi sənədləri təqdim etməyib. Vergi orqanı həmçinin müəyyən edib ki, təqdim edilən bəzi sənədlər məlumatlar təhrif olunub. Vergi orqanının qeyd edilən iki halda bazar qiymətini tətbiq etmək hüququna malik olması təklif edilir.

Beləliklə, 1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsiniə təklif edilən dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 14-cü maddəsinə aşağıdakı əlavənin edilməsi nəzərdə tutulur:

14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər:

….

14.3.6. Vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda) və ya təqdim edilmiş sənədlərdə təhrif olunmuş məlumatlar əks etdirildikdə.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın