“ƏDV gerial” layihəsi üzrə diqqətçəkən rəqəmlər: 1,7 milyona yaxın istifadəçi və 228,5 milyon manat ödəniş

“ƏDV gerial” layihəsi üzrə diqqətçəkən rəqəmlər: 1,7 milyona yaxın istifadəçi və 228,5 milyon manat ödəniş

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov "vergiler.az" saytına “ƏDV gerial” layihəsi ilə bağlı müsahibə verib.

- Elçin müəllim, “ƏDV geri al” layihəsinin tətbiqi hansı zərurətdən irəli gəlmişdi? Bu gün layihənin tətbiqindən keçən müddət ərzində demək olarmı ki, vergi xidməti bu innovativ layihədən gözlənilən nəticələri əldə edib?

 - 2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir, layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir. Tam əminliklə deyə bilərəm ki, vergi orqanları qarşıya qoyulan məqsədə nail olublar. Belə ki, layihənin icrası nəticəsində vergi ödəyicilərinin real dövriyyələrinin üzə çıxarılması təmin edilib. 2022-ci ilin yanvar-aprel aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 6,1 milyard manata yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,9% çoxdur.

Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,7 milyona yaxın istifadəçi qeydə alınıb. “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin 1 may tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 573.199.160 kassa çeki üzrə 228,5 milyon manata yaxın, bu ilin yanvar-aprel ayları ərzində isə 144.945.143 çek üzrə 56,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə istehlakçılara 38 milyon manata yaxın ƏDV məbləği qaytarılmışdı.

... ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür. Hazırda ölkə üzrə tətbiq edilən onlayn kassaların sayı 60.355-dir.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər