Vergi ödəyicisinin VÖEN-i formalaşdıran on rəqəmin açıqlanması

Vergi ödəyicisinin VÖEN-i formalaşdıran on rəqəmin açıqlanması

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 33.1-ci maddəsinin ikinci və üçüncü abzasına əsasən,  kommersiya hüquqi şəxslərə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir.

Maddədən göründüyü kimi, vergi orqanları tərəfindən kommersiya hüquqi şəxslərə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına onların qeydiyyatını təsdiq edən iki sənəd – VÖEN və dövlət qeydiyyatını təsdiq edən sənəd təqdim edilir. Fərdi sahibkarlar, xüsusi notarius  və digər fiziki şəxslər üçün vergi uçotunu təsdiq edən sənəd VÖEN hesab edilir.

VÖEN on rəqəmdən ibarət olur. Birinci iki rəqəm ərazi inzibati vahidinin kodunu, sonrakı altı rəqəm sıra sayını göstərir. Proqram VÖEN-in doqquzuncu rəqəmini xüsusi alqoritm vasitəsilə, onuncu rəqəmini isə hüquqi statusa uyğun olaraq özü müəyyən edir.

Mİsal. Fiziki şəxs BAYRAMOV ANAR İBAD OĞLU, VÖEN: 2003517832. 20 rəqəmi Bakı qeydiyyatını, 03517 rəqəmi sıra sayını göstərir, 3 rəqəmi xüsusi alqoritm vasitəsilə müəyyən edilir,  son 2 rəqəm isə vergi ödəyicisinin fiziki şəxs olduğunu göstərir.

İlk iki rəqəmlə bağlı bildirmək istəyirik ki, 75, 64 və 68 müvafiq olaraq, Füzuli, Masallı və Sabirabad rayonları inzibati vahidinin kodudur.

Sonuncu rəqəmlə bağlı bildirmək istəyirik ki, hüquqi və fiziki şəxslərin VÖEN-lərinin sonuncu rəqəmi müvafiq olaraq 1 və 2 ilə yekunlaşır.

 

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın