Vergi Məcəlləsində “gəlir” anlayışının izahı və tələbləri

Vergi Məcəlləsində “gəlir” anlayışının izahı və tələbləri

 Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

13.2.12. Gəlir

Vergi ödəyiciləri və vergi orqanları arasında ən çox mübahisə doğuran məsələlərdən biri də gəlir, avans, mənfəət və ya xalis mənfəət anlayışları ilə bağlıdır. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə uyğun olaraq, gəlir dedikdə – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir başa düşülür.

Maddədən göründüyü kimi, gəlirin yaranması üçün malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatlar həyata keçirilməlidir. Satışdankənar gəlirlər və gəlirin əldə edilməsi ilə bağlı məsələlərə ayrıca olaraq növbəti hissədə aydınlıq gətirəcəyik.

İndi malların (işlərin və xidmətlərin) təqdim edilməsi hallarına uyğun gəlir haqqında məlumat verək.

Misal 2.  Vergi ödəyicisi 2000 manatlıq malların təqdim edilməsini 30 oktyabr 2021-ci il tarixdə həyata keçirib. Amma qarşı tərəf 2000 manatlıq ödənişi 30 sentyabr 2021-ci ildə edib. Məcəllədəki gəlir anlayışına əsasən, malların təqdim edilməsi baş vermədiyi üçün vergi ödəyicisinin 2000 manatlıq ödənişi 30 sentyabr – 29 oktyabr 2021-ci il tarixə kimi AVANS, 30 oktyabr tarixində isə gəlir hesab edilməlidir.

Ümumiyyətlə, istər sadələşdirilmiş, istərsə də mənfəət və ya gəlir vergi ödəyicisi üçün avans vergitutma obyekti hesab edilmir.

Misal 3. Vergi ödəyicisi aylıq icarəsi 600 manat olan ərazini qarşı tərəfə icarəyə verib. İcarə müqaviləsinə əsasən, cari ay üzrə icarə haqqının məbləği ayın ilk 5 günlüyündə ödənilməlidir. Vergi ödəyicisi 600 manatlıq gəlirinin tanınması üçün ayın sonuncu gününün bitməsini gözləməlidir ki, tam məbləği gəlir kimi tanınsın.

Vergi Məcəlləsinə uyğun olaraq “Mənfəət” məfhumundan hüquqi şəxslərə münasibətdə istifadə edilir. Mənfəət vergi ödəyicisi olan hüquqi şəxsin gəlir ilə gəlirdən çıxılmasına icazə verilən xərclərin fərqi nəticəsində formalaşır.

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın