İdxal ediləcək malların məlumat forması üzrə MALİYYƏ SANKSİYALARI (2-ci yazı)

İdxal ediləcək malların məlumat forması üzrə MALİYYƏ SANKSİYALARI (2-ci yazı)

Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyinin Kollegiyasının 6 saylı, 14 mart 2022-ci il qərarı ilə “Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması” təsdiq edilib.  Qeyd edək ki, 1 yanvar 2022-ci il tarixdən etibarən Vergi Məcəlləsinə əlavə edilən 16.1.11-11-ci maddəyə əsasən,  neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formada məlumatları malların idxal olunacağı tarixədək qeydiyyatda olduğu vergi orqanına vermək vergi ödəyicisinin vəzifələrinə əlavə edilmişdi.  Vergi ödəyiciləri idxal olunan malın məqsədindən asılı olaraq aşağıdakı məlumatları vergi orqanına təqdim etməlidir:

- mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə;

- mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri barədə;

- mallar sifariş əsasında gətirildiyi halda sifariş verən şəxslər barədə (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə.

Mks.az saytının ekspertləri ilk yazısında formanın təqdim edilməsi vaxtı və üsuluna aydınlıq gətirib. İkinci yazımızda isə, formanın tətbiqi ilə bağlı maliyyə sanksiyaları haqqında məlumat vermək istərdik.

Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən, idxal edilmiş mallar barədə bu Məcəllənin 16.1.11-11-ci maddəsində göstərilən məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Maliyyə sanksiyasının tətbiqi ilə bağlı iki məqam haqqında yanaşmamızı həmkarlarımızın diqqətinə çatdırmaq istəyirik.

Birinci məqam odur ki, vergi ödəyicisi idxal ediləcək mallar barədə məlumat formasını vergi orqanına təqdim etdikdə, ünvan haqqında yalnış məlumat verərsə, bu zaman həmin şəxsə maliyyə sanksiyası təqdim ediləcək. Fikrimizcə, vergi ödəyicisi tərəfindən məlumat formasında ünvanın səhv qeyd edilməsi təhrif olunma kimi qiymətləndirldiyi üçün vergi orqanı tərəfindən maliyyə sanksiyası tətbiq edilməsi anlamına gələcək. Bu zaman maliyyə sanskiyası idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinə tətbiq ediləcək.

İkinci məqam isə Vergi Məcəlləsinin 57.5-ci maddəsində “təhrif olunmaqla təqdim edilmiş hissəsi”nə maliyyə sanksiyasının tətbiq edilməsidir. 

Misal. Vergi ödəyicisinin təqdim etdiyi idxal ediləcək mallar barədə məlumat formasında malların invoys dəyəri 30 000 manat qeyd olunub. Vergi orqanının keçirdiyi operativ nəzarət tədbirləri zamanı vergi ödəyicisinin idxal etdiyi malların dəyərinin 40 000 manat olması müəyyən ediliyi halda, maliyyə sanksiyası invoys dəyəri olan 30 000 manata yox,  təhrif olunmaqla təqdim edilmiş hissəyə yəni 10 000 (40 000 – 30 000) manata tətbiq ediləcək.

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər