Xidmət göstərildikdə, elektron qaimə-fakturanın göndərilməsi necə tənzimlənir?

Xidmət göstərildikdə, elektron qaimə-fakturanın göndərilməsi necə tənzimlənir?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Fikrimizcə, malların təqdim olunması halları ilə bağlı kifayət qədər məlumat verdik. İndi isə işlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı elektron qaimə-faktura göndərilməsi hallarına aydınlıq gətirək.

Vergi Məcəlləsinin 71-1.1.3-cü maddəsinə əsasən, vergi ödəyicisi işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində elektron qaimə-fakturanı təqdim etməlidir.  Müddət axımı ilə bağlı öncəki səhifələrdə məlumat verdik ki, Vergi Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, Vergi Məcəlləsində müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi tarixdən sonrakı gündən başlanır.

Mİsal. Fərdi sahibkar tərcümə xidməti ilə bağlı vergi ödəyicisi ilə müqavilə bağlayır. Müqavilənin şərtlərinə görə, fərdi sahibkar 25 may 2022-ci il tarixdə keçirilən beynəlxalq konfransda sinxron tərcümə xidməti göstərəcək. Deməli, fərdi sahibkar elektron qaimə-fakturanı qarşı tərəfə  30 may 2022-ci il tarixə kimi göndərməlidir.

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın