Altay Cəfərovun təqdimatında: Qeyri-rezidentlərə ödənilən royaltidən vergilərin hesablanması

Altay Cəfərovun təqdimatında: Qeyri-rezidentlərə ödənilən royaltidən vergilərin hesablanması

Vergi Məcəlləsinin tələblərinə görə, qeyri-rezidentlərə ödənilən royaltilərdən ödəmə mənbəyində 14 faiz ödəmə mənbəyində vergi tutulur və müvafiq olaraq bəyannamədə əks etdirilir. Vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri bu halda 18 faizlik ƏDV-nin hesablanılıb-hesablanmamasıdır. Mövzunu “vegiler.az” üçün sərbəst auditor Altay Cəfərov şərh edir.

Bu məsələ Vergi Məcəlləsinin 168-ci maddədində öz əksini tapıb.

Maddə 168. İşlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer

168.1. Bu fəslin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer aşağıdakılar sayılır:

168.1.5. işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer.

Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir:

  • patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi , o cümlədən istifadəyə verilməsi.

Məcəllənin keçmiş variantı ilə müqaysə etsək, görərik ki, 2022-ci il yanvarın 1-dən 168.1.5-ci maddəyə “o cümlədən istifadəyə verilməsi” ifadəsi əlavə edilib. Bəs bu yeniliklə nə dəyişir?

Bildiyiniz kimi, 168.1.5-ci maddə istənilən şəxsin işlərin yerinə yetirilməsi yerindən asılı olmayaraq, işlərin və xidmətlərin təqdim edildiyi yer alıcının olduğu yer sayılır. Odur ki, patentlər və digər analoji ximətlər və işlər də bura aid edilib. 1 yanvar 2022-ci ilə kimi bu hüquqlar ancaq başqa bir şəxsin mülkiyyətinə verildikdə (güzəştin son nəticəsi də mülkiyyətin keçməsidir) xidmətin təqdim edildiyi yer alıcının yeri sayılırdı.

Royaltidə isə yuxarıda göstərilən hüquqlar mülkiyyətə verilmir, ancaq müəyyən şərtlərlə istifadəyə verilir. Ona görə də 1 yanvar 2022-ci ilə kimi yuxarıdakı maddədə göstərilən əməliyyatların nəticəsi royalti sayılmırdı və qeyri-rezident royalti xidmətini təqdim edəndə 168.1.5.-ci maddənin tələblərini ona tətbiq etmək olmurdu. Ona görə də qeyri-rezidentlərə royaltiyə görə ödənilən məbləğlərə ƏDV hesablanmırdı.

2022-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə “o cümlədən istifadəyə verilməsi” ifadəsinin əlavə edilməsi qeyri-rezidentlərə ödənilən royaltilərə də ƏDV-nin tədbiq edilməsi tələbini qoyur. Yəni maddədə qeyd olunan patent və digər analoji hüquqların istifadəyə verilməsi royalti sayılır və bu xidmətlərin təqdim edilməsi Məcəllənin 168.1.5-ci maddəsinə görə alıcının yeri (Azərbaycan Respublikasının ərazisi) sayıldığından, 18% dərəcəsi ilə ƏDV-yə cəlb edilir.

Misal: “AA” MMC Tükiyə Respublikasının qeyri-rezidentinə 5.000 dollarlıq ticarət markasından istifadəyə görə haqq ödəyir. Bu halda vergilər necə hesablanacaq?

14% ödəmə mənbəyində vergi: 5.000 x 14% = 700 dollar

Bu zaman qeyri-rezidentə ödəniləcək məbləğ 4.300 dollar olur: 5.000 - 700 = 4.300 dollar.

Hesablanacaq ƏDV: 5.000 x 18% = 900 dollar.

“AA” MMC 900 dolları (900 x 1,7 manat = 1.530 manat) hesablanmış vergini büdcəyə ödəməklə müvafiq əvəzləşdirmə alacaq və bu, həmin dövrün ƏDV bəyannaməsində əks olunacaq.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın