Verginin hesablanmasının səhv olduğunu sübut etmək halının iki misalla izahı
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə
Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən, verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi orqanı və ya vergi ödəyicisinin üzərinə düşür:
- vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının (Maddə 94.0.1.)
Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə üzrə verginin səhv hesablanmasının vergi orqanı tərəfindən sübut edilməsinə kameral vergi yoxlamalarında rast gəlirik.
Misal. Vergi ödəyicisi 2020-ci il üzrə mənfəət (gəlir) vergisini 30 000 manat hesablayaraq vergi bəyannaməsini təqdim edib. Amma vergi orqanı hesab edir ki, mənfəət (gəlir) vergisi düzgün hesablanmayıb. Vergi orqanı vergi ödəyicisinə göndərdiyi kameral məktubunda bildirir ki, 2020-ci il üzrə vergi bəyannaməsində 180 000 manatlıq malların təqdim edilməsi qeyd olunsa da, həmin il üzrə təqdim edilən mallar üzrə dövriyyə 220 000 manat təşkil etməlidir. Vergi orqanı sübut kimi həmin dövr üzrə təqdim edilən elektron qaimə-fakturaları göstərir.
- vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür (Maddə 94.0.2.)
Vergi orqanının hesablamalarının səhv olmasının sübut edilməsi vəzifəsi də vergi ödəyicisinin borcudur.
Vergi orqanı kameral vergi yoxlamasi ilə bağlı məktubda bildirib ki, vergi ödəyicisinin 2020-ci ildə təqdim etdiyi elektron qaimə-fakturalar üzrə malların məbləği ilə həmin il üzrə verilən bəyannamədəki məbləğ arasında fərq yaranıb.
Vergi ödəyicisi cavab məktubunda bildirib ki, 2020-ci ildə gəlirin tanınma vaxtı olaraq kassa metodunu tətbiq etdiyi üçün təqdim edilən mallar üzrə ödənişlərin 2021-ci ilə keçməsi səbəbindən gəlirlərdə qeyd olunan fərqlər yaranıb.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın