Altay Cəfərovun təqdimatında: Əmtəə-material ehtiyatlarının uçotu

Altay Cəfərovun təqdimatında: Əmtəə-material ehtiyatlarının uçotu

Vergi ödəyicisi sonrakı tarixdə alınmış eyni cinsli, eyni xüsusiyyətli, eyni çeşidli malı əvvəlki tarixdə aldığı mallardan əvvəl satarsa, vergi uçotunu necə aparmalıdır? “vergiler.az”ın sualına sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Təcrübədə, əsasən, qida məhsulları ilə bağlı belə hallara çox rast gəlinir. Məsələn, hər hansı qida məhsulunun istifadə müddəti bitir və onun satılması mümkün olmur. Eyni maldan yeniləri gəlir, köhnələr anbarda qalır və yenilər satlır. Bu halda sahibkar nə etməlidir?

Əmtəə-material ehtiyatlarının uçotuna aid bu məsələlər Vergi Məcəlləsinin 139-cu maddəsi ilə tənzimlənir. Məcəllənin 139.4-cü maddəsinə əsasən, vergi ödəyicisi öz ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir.

Buradan görünür ki, Vergi Məcəlləsi malların uçotunu iki formada aparmağa yol verir:

- malların fərdi uşotu ilə;
- orta maya dəyəri əsasında qiymətləndirməklə.

Bəs nəzərdən keçirdiyimiz hal bu uçot və qiymətləndirmə qaydalarına uyğun gəlirmi?

Fərdi uçot dedikdə qiymətləndirmə aşağıdakı kimi olmalıdır:

- mallar növünə, çeşidinə, xüsusiyyətinə görə ayrılmalıdır;

- ayrılmış mallar bir-bir, yəni fərdi olaraq uçota alına bilər;

- ayrılmış mallar partiya (lot) formasında fərdi uçota alına bilər;

- mallar alış tarixlərinə görə bir-bir və ya lot formasında uçota alına bilər.

Göründüyü kimi, Məcəllədəki “malların fərdi uçotu” anlayışı vergi ödəyicisinə malların uçotuna çoxşaxəli yanaşmağa imkan verir. Həmçinin, buna mühasibat uçotu standartlarından olan FİFA uçotu qaydaları da aiddir. Vergi Məcəlləsinin 139.4.-cü maddəsi bunu əhatə edir. Bundan əlavə, Vergi Məcəlləsinin bu tələbi ilk alınanın ilk satışını və bir-bir (fərdi) satışını da dəstəkləyir.

Misal: “AA” MMC süd məhsullarının satışı ilə məşğuldur. MMC 10 fevral 2022-ci ildə 100 litr, 15 fevral 2022-ci ildə 50 litr və 25 fevral 2022-ci ildə 80 litr süd məhsulu alır. Süd məhsullarının saxlanma müddəti 30 gündür. Bu halda MMC uçotu hansı formada aparmalıdır?

Həm mühasibat uçotu standartları, həm də Vergi Məcəlləsi MMC-yə orta maya dəyəri ilə uçot aparmağa imkan verir. Amma məhsulun yararlılıq müddətini nəzərə alanda burada fərdi uçota keçmək lazım gəlir. Ona görə də alınan süd məhsullarının hər partiyasını ayrı-ayrılıqda uçota almaq və hər partiyanın satışının uçotunu ayrı-ayrılıqda aparmaq lazımdır.

Yəni 10 fevral 2022-ci ildə alınmış 100 litr məhsulun 12 mart 2022-ci ilə kimi satılmamış hissəsi qalıqda saxlanmalı və yeni partiya satılmalıdır.

Uçotun bu forması həm şəffaflıq, həm də reallıq baxımından daha düzgündür.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın