“Topdansatış” anlayışının misallarla izahı

“Topdansatış” anlayışının misallarla izahı

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

13.2.63. Topdansatış

Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış fəaliyyəti dedikdə, malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti başa düşülür.

Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli fərmanı ilə “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” təsdiq olunub. Topdansatışla pərakəndə ticarət fəaliyyətini fərqləndirən xüsusiyyətlər aşağıdakılardır:

Pərakəndə ticarət fəaliyyəti zamanı  mallar istehlak, topdansatış fəaliyyətində isə sahibkarlıq məqsədilə təqdim edilir;

Pərakəndə ticarət fəaliyyətində (bəzi istisnalar nəzərə alınmaqla) NKA çeki məcburidirsə, topdansatış fəaliyyət üçün belə tələb yoxdur.

Son zamanlar vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də, topdansatış fəaliyyəti zamanı təqdim olunan malların minimal sayı ilə bağlıdır. Başqa sözlə ifadə etsək, topdansatış fəaliyyəti zamanı vergi ödəyicisi 1-5 sayda mal təqdim edə bilər və ya pərakəndə ticarət fəaliyyəti zamanı 10-15 sayda malları fiziki və hüququ şəxslərə təqdim etmək mümkündür? Vergi qanunvericiliyində sayla bağlı konkret hədd qoyulmasa da, fərqli yanaşma mövcuddur.

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə əlavə edilən 218.6.1-ci maddəyə əsasən, bu Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Mİsal.  Pərakəndə satışla məşğul olan fiziki və ya hüquqi şəxs vergi ödəyicisinin 2020-ci ilin 1-ci rübü ərzində göstərdiyi sahibkarlıq fəaliyyəti ilə bağlı təqdim etdiyi malların ümumi məbləği 42 000 manatdır. Vergi ödəyicisi rüb ərzində cəmi 20 00 manatlıq malı digər vergi ödəyicilərinə elektron qaimə-fakura ilə təqdim edib. Elektron qaimə-faktura ilə təqdim edilən malların xüsusi çəkisi 47, 62 faiz ((20 000 manat / 42 000) manat x 100 faiz) olduğu üçün vergi ödəyicisi rübün əvvəlindən gəlir (mənfəət) vergisi ödəyicisi hesab olunacaq.

Bir məsələni də qeyd edək ki, 1 yanvar 2022-ci ildən topdansatış fəaliyyəti həyata keçirən vergi ödəyicisinin topdansatış obyektlərindən malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, Vergi Məcəlləsində maliyyə sanksiyası da nəzərdə tutulub.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər