Gəlirdən çıxılmasına icazə verilməyən xərclərin mənfəət (gəlir) vergisi bəyannaməsində qeyd olunmasına ehtiyac var?
Satışı yekunlaşmaqda olan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə
Maraqlı məsələrdən biri də, vergi ödəyicisinin gəlirdən çıxılmasına icazə verilməyən xərclərinin bəyannamədə qeyd edilməsi ilə bağlıdır.
Mİsal 1. Vergi ödəyicisi 11 000 manat məbləğində vəsaiti uşaq evinlərinə ödəyib. Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərinin gəlirdən çıxılmasına yol verilmir. O səbəbdən vergi ödəyicisi həmin xərci gəlirdən çıxılan xərclərə aid etmir, amma Mənfəət vergisi bəyannaməsinin “Hesabat dövrü üzrə verginin hesablanması” bölməsinin 249.1-ci sətrində qeyd etməlidir.
Mİsal 2. Vergi ödəyicisi 2019-cu ilin başa çatması münasibəti ilə 2020-ci ilin fevral ayında işçilərin iştirakı ilə ziyafət təşkil edib və 7800 manat məbləğində ödənişi ictimai iaşə müəssisəsinə köçürüb. Qarşı tərəfin göstərdiyi xidmətlə bağlı elektron qaimə-faktura təqdim etməsinə baxmayaraq, vergi ödəyicisi həmin xərci gəlirdən çıxılan xərclərə aid edə bilməz. Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Bu səbəbdən də vergi ödəyicisi həmin xərci Mənfəət vergisi bəyannaməsinin “Hesabat dövrü üzrə verginin hesablanması” bölməsinin 249.2-ci sətrində qeyd edəcək.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın