Avans ödənişləri ödəniş tapşırığında necə qeyd olunmalıdır?
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə
…
İndi isə, avans ödənişləri ilə bağlı ödəmə tapşırığının tələblərini misallarla nəzərdən keçirək.
Mİsal 1. Vergi ödəyicisi qarşı tərəflə bağladığı müqaviləyə əsasən, 1 mart 2022-ci il tarixdə 20 000 manat məbləğində mallar almalıdır. Razılaşmaya əsasən, vergi ödəyicisi malın dəyərinin 20 faizini öncədən ödəyəcək. Vergi ödəyicisi 4 000 manatlıq ödəniş tapşrırığında ödəmənin avans təyinatlı olmasını qeyd etməklə yanaşı, tələbnamənin, yaxud tərəflər arasında bağlanmış müqavilənin və ya həmin müqaviləyə əlavənin tarixini və nömrəsini də qeyd etməlidir.
Mİsal 2. Vergi ödəyicisi qarşı tərəflə bağladığı icarə müqaviləsi üzrə 10 yanvar 2021-ci ildə 6 aylıq ödənişi avans olaraq həyata keçirməlidir. Aylıq icarə haqqının 1500 manat olmasını nəzərə alsaq, ödəniləcək 9 000 manat (1 500 manat (aylıq icarə haqqı) x 6 (ayların sayı) ödəmə tapşırığında avans kimi qeyd olunmalı və tərəflər arasında bağlanmış müqavilənin tarixi və nömrəsi əks etdirilməlidir.
Mİsal 3. Vergi ödəyicisi qarşı tərəflə bağladığı müqaviləyə əsasən, 4000 manatlıq malları qəbul etdikdən sonra, təqdim ediləcək növbəti mallar üçün də 6 000 manat ödəniş edəcək. Qarşı tərəf 4000 manatlıq mallar üçün elektron qaimə-faktura göndərib. Vergi ödəyicisi bir ödəmə tapşırığı ilə 10 000 manatlıq ödənişi həyata keçirərsə, mütləq 4000 manatlıq ödəniş üzrə elekron qaimə-fakturanin seriyasını və nömrəsini, 6 000 manatlıq ödənişın təyinatında isə avans olmasını qeyd etməklə müqavilənin nömrəsini və tarixini də yazmalıdır.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın