Vergi orqanı analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatlarından necə istifadə edir?
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə
Vergi Məcəlləsinin 67.3-cü maddəsinə əsasən, vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir.
Mİsal 1. Hesabat dövrü ərzində malların təqdim edilməsi üzrə analoji məlumatlar əsasında vergi ödəyicisinin ümumi gəlirinin 120 000 manat olması müəyyən edilib. Vergi orqanı müəyyən edir ki, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin dövr üzrə gəliri 100 000 manat (xərclər çıxılmadan), vergisi isə 12 000 manat olub.
Deməli, vergi ödəyicisinin vergisinin gəlirdə payı 0.12 əmsal təşkil edir. Bu halda vergi ödəyicisinin 120 000 manatlıq gəlirinə hesablanan vergi 14 400 manat (120 000 manat x 0,12 əmsal) təşkil edəcək.
Mİsal 2. Vergi orqanı vergi ödəyicisinin analoji məlumatlar üzrə ümumi xərclərini hesabat dövrü üzrə 180 000 manat müəyyən edib. Analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin yekun mənfəətinin ümumi xərclərdə xüsusi çəkisinin 0.26 əmsal olmasını nəzərə alsaq, vergi ödəyicisinin yekun mənfəəti 46 800 manat (180 000 x 0,26 əmsal) hesablanacaq.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın