Vergi ödəyicisi hansı halda Məcəllənin 151.1-ci və ya 151.2-ci maddələrini tətbiq edir?

Vergi ödəyicisi hansı halda Məcəllənin 151.1-ci və ya 151.2-ci maddələrini tətbiq edir?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 151.5-ci maddəsi üzrə metodu seçən vergi ödəyicisi 151.1-ci və ya 151.2-ci maddəsi üzrə arayış vermək hüququna malik olmur. Amma vergi ödəyicisinin 151.1-ci və 151.2-ci maddələrindən birini seçmək hüququ yaranır. Vergi Məcəlləsinin 151.3-cü maddəsinə əsasən, vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin yuxarıdakı iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün bu Məcəllənin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda, vergi orqanı bu Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulan metodu tətbiq edir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.

Təcrübədə vergi ödəyicilərinin cari vergi ödəməsi ilə bağlı ən çox anlaşılmazlıq yaşadığı maddə Vergi Məcəlləsinin 151.3-cü maddəsidir. O səbəbdən maddənin tələbləri ilə bağlı vacib iki məqama diqqət yetirək.

Birinci məqam ondan ibarətdir ki, vergi ödəyicisindən hər il aprel ayının 15-dək Vergi Məcəlləsinin 151.1-ci və ya 151.2-ci maddəsindəki metodu seçməklə bağlı hər hansı ərizə və ya məktub forması tələb olunmur. Vergi ödəyicisi hesabat ilinin birinci rübündən sonrakı ayın, yəni aprel ayın 15-dək ilk rüb üzrə “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ını  Vergi Məcəlləsinin 151.2-ci maddəsinə uyğun olaraq təqdim edirsə, deməli artıq həmin metodu seçmiş sayılır. Əgər vergi ödəyicisi həmin müddətə qədər “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ı təqdim etməzsə, bu halda vergi orqanı vergi ödəyicisinin həmin il üzrə Vergi Məcəlləsininin 151.1-ci maddəsinin metodunu seçdiyini qəbul edir.

İkinci məqam vergi ödəyicisinin Vergi Məcəlləsinin 151.1-ci və ya 151.2-ci maddəsi üzrə hansı metodu seçməsi haqqında vergi orqanına məlumat verməsinin tarixi ilə bağlıdır. Maddədə qeyd edilir ki, vergi ödəyicisi hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verməlidir. Vergi ödəyicisinin hesabat ilində ilk olaraq seçdiyi metod vergi orqanı tərəfindən əsas götürülür.

Mİsal 1. Vergi ödəyicisi 15 aprel 2022-ci ilədək “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ı Vergi Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulan, yəni mənfəətin (gəlirin) ¼-i ilə təqdim edəcək. Daha doğrusu, vergi ödəyicisi arayışı təqdim etmədiyi üçün vergi orqanı hesablamanı Vergi Məcəlləsinin 151.1-ci maddəsinə uyğun olaraq həyata keçirib. Əgər növbəti rübdə dövriyyəsinin aşağı düşməsi ilə əlaqədar olaraq, vergi ödəyicisi 2-cü rüb üzrə “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ı Vergi Məcəlləsinin 151.2-ci maddəsi ilə təqdim etmək istəsə, vergi orqanı ona bu imkanı yaratmayacaq. Çünki vergi ödəyicisinin hesabat ilinin aprel ayının 15-dək seçdiyi metod Vergi Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulan olub…

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər