Mənfəət (gəlir) vergisi bəyannaməsi ilə bağlı yeni dəyişiklik hansıdır?

Mənfəət (gəlir) vergisi bəyannaməsi ilə bağlı yeni dəyişiklik hansıdır?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Vergi ödəyiciləri tərəfindən təqdim edilən vergi hesabatları ilə bağlı inqilabi dəyişiklik Vergi Məcəlləsinə əlavə edilən 72.4-1-ci maddə ilə bağlıdır. Həmin maddəyə əsasən, bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallarda vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.  İlk olaraq Vergi Məcəlləsinin 163-cü maddəsində qeyd edilən halları nəzərdən keçirək, sonra misallarla vergi bəyannaməsinin təqdim edilməsi hallarını nəzərdən keçirək.

Məcəllənin 163.1-ci maddəsinə qeyd edilir ki, bu maddə aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir:

əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda;

əməliyyatın xarakteri dəyişdikdə;

qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; yaxud

vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda.

MİsaL.  Vergi ödəyicisi 2021-ci ilin dekabr ayında 30 000 manatlıq malı qarşı tərəfə təqdim edib. Qarşı tərəf 2022-ci ilin fevral ayında həmin malların 12 000 manatlıq hissəsini geri qaytarıb. Vergi ödəyicisi 2021-ci ilin mənfəət (gəlir) vergisi bəyannaməsində 30 000 manatı gəlir kimi tanıyıb. Malların geri qaytarılması 2022-ci ilin fevral ayında baş verdiyi üçün vergi ödəyicisi artıq 2021-ci il yox, 2022-ci il üzrə vergi hesabatında dəqiqləşdirmə aparacaq.

Vergi ödəyicilərinin vergi orqanının səyyar vergi yoxlaması keçirdiyi dövrə dəqiqləşdirmə vermək hüququ məhdudlaşdırdığı üçün, yuxarıda qeyd etdiyimiz hallarda problemlərlə üzləşirdilər. Yeni dəyişiklik nəticəsində Vergi Məcəlləsinin 163-cü maddəsində göstərilən hallar üzrə öncəki dövlərdə təqdim edilən hesabatlar üzrə dəqiqləşdirmə aparılmasına ehtiyac yaranmadığı üçün, həmin problem də aradan qalxmış oldu.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın