Təmir xərcləri mənfəət vergisi bəyannaməsində necə əks etdirilir?

Təmir xərcləri mənfəət vergisi bəyannaməsində necə əks etdirilir?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Əsas vəsaitlərin amortizasiyası kimi təmir xərcləri də məhdudlaşdırılan xərclərə aid edilir. Təmir xərclərinin normaları ilə bağlı “Əsas vəsaitlər” bölməsində ətraflı məlumat verildiyindən bu bölmədə sırf təmir xərclərinin bəyannamədə nəzərə alınmasına toxunulacaq.

Təmir xərcləri ilə bağlı diqqət çəkən  3 məqam var.

Birincisi, hansı xərclərin əsas vəsaitlərin təmiri xərclərinə aid edilməsidir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilən “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”a əsasən, cari təmir məsrəfləri dedikdə, əsas fondların hər bir kateqoriyasının texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tezköhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə məsrəflər nəzərdə tutulur.

Mİsal.  Maşının yağının və ya təkərinin dəyişdirilməsi təmir xərci kimi qəbul edilir. Amma vergi ödəyicisi maşının texniki göstəricilərinə əsasən, 5000 kilometrdə bir dəfə yağ dəyişdirilməli olduğu halda, hər 2000 kilometrdə yağı dəyişsə, vergi orqanı tərəfindən təmir xərcləri ilə bağlı fərqli yanaşma tətbiq edilə bilər. Sonda bildirirk ki, əsas vəsaitlər üzrə təmir xərcləri müəyyən edilərkən, onun texniki və iqtisadi göstəriciləri üçün müəyyənləşdirilmiş hədlər gözlənilməlidir.

İkinci məqam təmir xərclərinin Mənfəət vergisi bəyannaməsində ayrıca qeyd olunmasıdır.

Mİsal.   Vergi ödəyicisinin 2020-ci ildə qalıq dəyəri 50 000 manat olan avtomobili var. Vergi Məcəlləsinin 115.1-ci maddəsinə uyğun olaraq, hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əvvəlki ilin sonuna  qalıq dəyərinə müvafiq nəqliyyat vasitəsinin 5 faizi həddi ilə məhdudlaşdırılır. Bu zaman vergi ödəyicisi 2500 manat (50 000 manat x 5 faiz) məbləğində xərci Mənfəət vergisi bəyannaməsinin “Xərclər” bölməsinin 228.3-cü, “Nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərcləri” bölməsində qeyd edir:

Bir məsələni qeyd edək ki, təmir xərclərini təsdiq edən sənədlər gəlir və xərclərin uçotunun aparılması qaydalarına uyğun olmalıdır.

Üçüncü məqam. Vergi ödəyicisinin təmir xərci çox və ya az olduqda proses fərqli tənzimlənir.

Mİsal.  Vergi ödəyicisinin 2020-ci ildə 120 000 manatlıq bina üçün 5000 manatlıq, 60 000 manatlıq nəqliyyat vasitəsi üçün isə 1000 manatlıq təmir xərci olub. Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, bina və nəqliyyat vasitəsi üzrə təmir xərclərinin məhdudlaşdırılan həddi müvafiq olaraq 2 faiz və 5 faiz təşkil etdiyi üçün, illik təmir xərci bina və nəqliyyat vasitəsi üzrə 2400 manat və 3000 manatdır. Vergi ödəyicisi bina üzrə təmir xərcini xərclərdə  2400 manat məbləğində nəzərə alsa, təmir üzrə qalıq məbləği əsas vəsaitin dəyərinin üzərinə əlavə ediləcək və Mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsinin 1.1.1-ci sətrində “Dövr ərzində daxil olmuşdur” sütununa qeyd ediləcək.

Nəqliyyat vasitələrinə gəlincə isə, təmir normasından az xərclər əsas vəsaitlərin amortizasiyasında olduğu kimi növbəti illərin xərclərinin üzərinə əlavə edilir. Misalmızda nəqliyyat vasitəsinin təmir normasının 3000 manat təşkil etməsinə baxmayaraq 1000 manat xərcləndiyindən, qalıq 2000 manat (3000 manat - 1000 manat) Mənfəət vergisi bəyannaməsinin “Hesabat dövrü üçün verginin hesablanması” bölməsinin 248-ci, “VM-nin 115.1-ci  maddəsi ilə hesablanmış, lakin növbəti illərdə nəzərə alınacaq təmir xərclərinin məbləği” sətrində qeyd ediləcək…

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın