Mənfəət vergisi bəyannaməsində əmək haqqı göstəriciləri hansı bəyannamə ilə müqayisə edilir?

Mənfəət vergisi bəyannaməsində əmək haqqı göstəriciləri hansı bəyannamə ilə müqayisə edilir?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Vergi ödəyicisinin göndərdiyi Mənfəət vergisi bəyannaməsində əmək haqları ilə bağlı göstəricilər vahid bəyannamə olan “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın göstəriciləri ilə üzləşdirilir.

Mİsal 1. Vergi ödəyicisinin təqdim etdiyi 2021-ci üzrə Mənfəət vergisi bəyannaməsində 32 000 manat əmək haqqı xərci qeyd edilib. Amma vergi ödəyicisinin 2021-ci ilin 4 rübü ərzində təqdim etdiyi “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”na uyğun olaraq 2021-ci ilin I, II, III və IV rübləri üzrə vahid bəyannamə üzrə əmək haqqı göstəriciləri 8200 manat, 8500 manat, 9400 manat və 8000 manat olub. Vahid bəyannamə üzrə əmək haqqı xərcləri 34 100 manat təşkil etdiyi halda, Mənfəət vergisi bəyannaməsində bu rəqəm 32 000 manat göstərilib. Göründüyü kimi, iki bəyannamə üzrə 2100 manat (34100 manat – 32000 manat) fərq yarandığı üçün vergi orqanı tərəfindən vergi ödəyicisinə kameral uyğunsuzluq məktubu göndəriləcək.

Mİsal 2.  Vergi ödəyicisi 2021-ci il üzrə təqdim etdiyi Mənfəət vergisi bəyannaməsinin 221.2-ci sətrinə 4000 manat məbləğində sosial sığorta xərci qeyd edib. Vergi ödəyicisinin 2020-ci ilin I, II, III və IV rübləri üzrə təqdim etdiyi “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”na əsasən, vergi ödəyicisinin 2020-ci ilin IV rübü üzrə əmək haqqı fondundan hesabladığı məcburi sosial ayırma, icbari tibbi sığorta və işsizlikdən sığorta məbləği 3200 manat təşkil edir. Bu zaman vergi orqanından 800 manatlıq (4000 manat (Mənfəət vergisi bəyannaməsi üzrə bəyan edilən məbləğ) – 3200 manat (2020-ci ilin 4 rübü üzrə vahid bəyannamə üzrə cəmi məbləğ) fərqlə bağlı kameral uyğunsuzluq məktubu gələcək.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər