Vergi orqanının istifadə etdiyi əlaqəli məlumatların mənbəyi necə müəyyənləşir?
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə
Maddədə beşinci, sonuncu hal kimi vergitutma obyektinin müəyyənləşdirilməsinin hər hansı başqa səbəblərdən mümkün olmaması qeyd edilib.
Tərcübədə mümkündür ki, sadalanan dörd hala uyğun gəlməyən başqa səbəbdən vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmasın.
İndi isə, vergi orqanının istifadə etdiyi əlaqəli məlumatların mənbəyi haqqında məlumat verək.
- vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri (maddə 67.1.1.)
Mİsal. İstirahət zonasında fəaliyyət göstərən vergi ödəyicisi 2019-cu ilin II rübündə fəaliyyətinin olmaması haqqında arayış təqdim edib. Amma vergi orqanı həmin vergi ödəyicisinin fəaliyyət göstərdiyini müəyyən etdiyindən, lakin vergi ödəyicisinin fəaliyyətini təsdiq edən sənədləri əldə edə bilmədiyindən 2018-ci ilin II rübü üzrə vergi bəyannaməsinin göstəricilərindən əlaqəli məlumat kimi istifadə edə bilər.
- vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar (Maddə 67.1.2.)
Mİsal 1. Vergi ödəyicisi bəyannamədə rüb ərzində gəlirini 300 manat göstərib. Amma vergi orqanının digər vergi ödəyicisindən aldığı məlumata əsasən, üçünçü şəxs tərəfindən vergi ödəyicisinə rüb ərzində 3000 manat vəsait daxil olub. Vergi orqanı ilk öncə vergi ödəyicisindən sənədləri tələb etsə də, qarşı tərəf hər hansı izah verməyib. Bu şərtlər daxilində vergi orqanı üçünçü şəxsin məlumatını verginin hesablanması üçün əlaqəli məlumat kimi istifadə edə bilər.
Mİsal 2. 31 dekabr 2020-ci il tarixdə vergi ödəyicisinin hesabında 30 000 avro olması müəyyən edilib. Vergi orqanı vergi ödəyicisinin təqdim etdiyi Mənfəət (gəlir) vergisi bəyannaməsinə müsbət məzənnə fərqini qeyd etmədiyini aşkara çıxarıb. Vergi ödəyicisinin hesabına vəsaitin daxil olmasından sonra avro manata nisbətən möhkəmlənib. Vergi ödəyicisi kameral vergi yoxlaması zamanı məzənnə fərqi ilə bağlı uyğunsuzluq məktubuna cavab verməyib. Vergi orqanı məzənnə fərqini satışdankənar gəlir hesab edərək, verginin hesablanmasında əlaqəli məlumatlardan istifadə edə bilər.
- vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar (Maddə 67.1.3.)
Mİsal. Müğənni fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi illik vergi bəyannaməsində 3000 manat mənfəəti (gəliri) olduğunu bəyan edib. Vergi ödəyicisi olan fiziki şəxsin rəsmi olaraq 120 000 manatlıq maşın alması müəyyən edilib. Bu halda vergi orqanı tərəfindən vergi ödəyicisinn gəlirlərinin müəyyən edilməsində həmin xərclər üzrə rəsmi məlumatlar əlaqəli məlumat kimi istifadə oluna bilər.
- vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar (Maddə 67.1.4.)
Mİsal 1. Vergi ödəyici vergi orqanına təqdim etdiyi 2020-ci ilin bəyannaməsində 2000 manat mənfəət qeyd etsə də, vergi orqanının əmlak məsələləri üzrə qeydiyyat qurumundan aldığı məlumata əsasən, vergi ödəyicisinin 2020-ci ildə Bakının 3 fərqli rayonunda daşınmaz əmlak aldığı müəyyən edilib. Vergi orqanı həmin əmlakın alınması ilə bağlı vergi ödəyicisindən izahat tələb edəcək, əgər vergi ödəyicisi gəlirinin mənbəyi ilə bağlı əsaslandırılmış məlumatlar təqdim edə bilməsə, o zaman vergi orqanı daşınmaz əmlakın alınması faktından gəlirin müəyyən edilməsində əlaqəli məlumat kimi istifadə edəcək.
Mİsal 2. Vergi ödəyicisi vergi orqanına təqdim etdiyi bəyannamələr üzrə gəlirinin olmadığını, yəni zərərlə fəaliyyət göstərdiyini qeyd edib. Amma vergi ödəyicisi 30 000 manatlıq qeyri-maddi əmlak hesab edilən səhm alıb. Bu halda vergi orqanı həmin səhmlərin alınmasının maliyyə mənbəyi haqqında vergi ödəyicisindən izahat istəyə bilər. Vergi ödəyicisi lazımi sənədləri təqdim etməsə, verginin hesablanması üçün əlaqəli məlumat kimi səhmlərin alınmasına yönəldilən ödənişlərdən istifadə olunacaq.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın