Vüqar Mirheydərovun təqdimatında: Kənd təsərrüfatı məhsullarının ƏDV-yə cəlb olunması
Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən biri kənd təsərrüfatı məhsullarının satışı ilə əlaqədar əlavə dəyər vergisinin (ƏDV) tətbiqi ilə bağlıdır. Mövzunu “vergiler.az” üçün maliyyə müxətəssisi Vüqar Mirheydərov şərh edir.
Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir.
Misal: “AA” MMC Azərbaycana 100 min manatlıq kənd təsərrüfatı məhsulu, məsələn, alma idxal edib. Gömrük orqanları həmin idxal əməliyyatına 18 min manat ƏDV hesablayıb. “AA” MMC bu almanı 120 min manata satır. Bu halda ƏDV hansı məbləğdən hesablanmalıdır?
Vergi Məcəlləsinin 13.2.64-ci maddəsinə əsasən, ticarət əlavəsi - malın ƏDV tətbiq edilmədən satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərqdir.
Məcəllənin 143-cü maddəsində isə göstərilib ki, aktivlərin dəyərinə “...vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir”.
Nəzərə alsaq ki, Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsinə yol verilmir, deməli, idxal zamanı ödənilmiş ƏDV malın dəyərinə əlavə olunmalıdır. Bu isə o deməkdir ki, idxal edilmiş almanın yuxarıda qeyd edilən qiymətə satışı zamanı ƏDV hesablanması aşağıdakı kimi aparılmalıdır:
120.000 – 100.000 = 20.000 manat,
20.000 x 18% = 3.600 manat
Həmin malı “AA” MMC-dən alan şirkət onu üçüncü tərəfə satdığı təqdirdə isə (məsələn, ƏDV xaric 135.000 manata) ƏDV aşağıdakı qaydada hesablanacaq:
135.000 – 120.000 – 3.600 = 11.400 manat,
11.400 x 18% = 2.052 manat.
Gördüyünüz kimi, bu halda alış zamanı ödənilmiş ƏDV malın alış qiymətinə əlavə olunur, çünkü idxal zamanı ödənilən ƏDV-dən fərqli olaraq malı göndərənin bank hesabına və ya ƏDV subuçot hesabına ödənilir və Məcəllənin 175.12-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu ƏDV-ni əvəzləşdirmək hüququ yoxdur.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın