Vergi orqanı səhv izahat verərsə, vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir?

Vergi orqanı səhv izahat verərsə, vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

- vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi (Maddə 55.1.3.)

Təcrübədə bəzən elə olur ki, vergi ödəyicisi vergi öhdəliyinin hesablanması zamanı ona qaranlıq qalan məqamların aydınlaşdırılması üçün vergi orqanının rəsmi cavabına ehtiyac duyur.

Misal. Vergi ödəyicisi aparılan əməliyyat üzrə ƏDV-ni əvəzləşdirmək hüququnun yaranıb-yaranmamasını aydınlaşdırmaq üçün vergi orqanına rəsmi müraciət edir. Vergi orqanının rəsmi cavabında vergi ödəyicisinə bildilir ki, qeyd edilən əməliyyat üzrə ƏDV-ni əvəzləşdirmək hüququna malikdir. Hesab edək ki, növbəti səyyar vergi yoxlaması zamanı vergi orqanının vəzifəli şəxsi həmin əməliyyat üzrə vergi ödəyicisinin ƏDV-ni əvəzləşdirmək hüququ olmadığını müəyyən edir və bu hal üzrə ƏDV məbləğinin dövlət büdcəsinə hesablanmasını bərpa edir.

Vergi Məcəlləsinin 55.1.3-cü maddəsinə əsasən, vergi orqanın rəsmi cavabı olduğu üçün vergi orqanı buna vergi ödəyicisinin təqsirini istisna edən hal kimi baxır.

Vergi Məcəlləsinin 55.2-ci maddəsinə əsasən, bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır.

Maddədən göründüyü kimi, vergi ödəyicisi yuxarıda qeyd edilən hallar üzrə vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyət daşımır. Vergi Məcəlləsinin 55.1.6-cı maddəsində vergi ödəyicisi dəqiqləşdirilmiş hesabat verdiyi zaman Vergi Məcəlləsinin 59.1-ci maddəsi üzrə faizlərin ödənilməsini də həyata keçirir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın