Vergi ödəyicisi mənfəət(gəlir) vergisi üzrə cari vergi ödəməsini az ödəyə bilər?

Vergi ödəyicisi mənfəət(gəlir) vergisi üzrə cari vergi ödəməsini az ödəyə bilər?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 151.5-ci maddəsinə uyğun hesablanan cari vergi ödəmələrini digərlərindən fərqləndirən digər məqam hesablanan məbləğlə bağlıdır. Vergi Məcəlləsinin 151.5.2-ci maddəsinə əsasən, cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır. Vergi Məcəlləsinin 151.1-ci və 151.2-ci maddələrinə uyğun metodlarla hesablanan cari vergi ödəməsinin tam məbləğdə, 100 faiz dövlət büdcəsinə ödənilməsi tələb edilirdisə, 151.5-ci maddəyə uyğun ödəniləcək məbləğlə bağlı yüngülləşdirici hal müəyyən olunub: cari vergi ödəmələrinin məbləği mənfəət və ya gəlir vergisi məbləğinin 75 faizindən az olmamalıdır.

Maddənin tələblərini misalla izah edək.

Mİsal 1.  Orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin 2021-ci ilin I rübü üzrə mənfəəti (gəliri) 30 000 manat olduğu üçün mənfəət (gəlir vergisi) 6 000 manat təşkil edib. Vergi ödəyicisi qərar verir ki, 4 500 manat (6 000 manat (mənfəət vergisi) x 75 faiz (Vergi Məcəlləsinin 151.5.2-ci maddəsi üzrə müəyyən edilən minimum faiz həddi)) məbləğində ödəniş həyata keçirsin. Bu halda vergi ödəyicisinə hər hansı məhdudiyyət tətbiq edilməyəcək.

Mİsal 2.  Mikro sahibkarlıq subyetki olan vergi ödəyicisinin 2022-ci ilin I rübü üzrə mənfəət vergisi 3 000 manat təşkil edir. Vergi ödəyicisi mikro sahibkarlıq subyekti olduğu üçün fərdi sahikar və ya hüquqi şəxs olması fərq etmir, o, Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələri üzrə 75 faizlik güzəşt hüququna malikdir. Vergi ödəyici Vergi Məcəlləsinin 151.5.2-ci maddəsinə uyğun olaraq minimal ödəniş tələbi hüququndan istifadə edərsə, o halda hesabladığı cari vergi ödəməsinin  məbləği  562,50 manat (3 000 manat (2022-ci ilin I rübü üzrə mənfəət vergisi) x 25 faiz (Mikro sahibkarlıq subyekti olduğu üçün 75 faizlik güzəştin nəzərə alınması) x 75 faiz ((Vergi Məcəlləsinin 151.5.2-ci maddəsi üzrə müəyyən edilən minimum faiz həddi)) təşkil edəcək.

Bir məsələni qeyd edək ki, vergi ödəyicisi qərarına uyğun olaraq cari vergi ödəməsini mənfəət vergisinin 75 faizindən yuxarı, hətta 100 faiz həcmində ödəyə bilər. Əksər hallarda bəzi vergi ödəyiciləri mənfəət vergisi bəyanaməsinin təqdim edilməsi zamanı ödəniləcək yükun çox olmaması üçün cari vergi ödəmələrini 100 faiz həcmində hesablayılar. Bəzi vergi ödəyiciləri isə cari vergi ödəmələrini qanunvericilikdə müəyyən edilmiş minumum həddə həyata keçirməklə, qalan vəsaiti digər icbari ödənişlərin ödənilməsinə yönəldirlər və ya likvid vəsait hesabına gəlirliyi daha çox təmin etməyə çalışırlar. Vergi Məcəlləsininin 151.5.2-ci maddəsinin tələbi odur ki, həmin məbləğ mənfəət vergisinin 75 faizindən az olmasın.

Mİsal.  Vergi ödəyicisinin 2022-ci il üzrə mənfəəti 20 000 manat olduğu üçün mənfəət vergisi 4 000 manat təşkil etsə də, vergi ödəyicisi qərar verir ki, həmin verginin 50 faizi həcmində, yəni 2 000 manat məbləğində ödəniş həyata keçirsin. Bu halda vergi ödəyicisi məlumatları növbəti səhifədəki kimi daxil etdikdən sonra, digər formada prosesin həyata keçirilməsi ilə bağlı avtomatik məhdudiyyət bildirişi çıxacaq.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın