Vergi orqanı əlaqəli məlumatlardan istifadə ardıcılığını necə müəyyənləşdirir?
Satışı yekunlaşmaqda olan “Vergi Qanunvericiliyi Toplusu 2022” kitabından seçmə
Vergi orqanına vergi ödəyicisi tərəfindən məlumatlar verilmədikdə, vergi orqanının vəzifəli şəxslərini əraziyə buraxmadıqda və s. bu kimi hallarda ödənilməli olan verginin hesablanması üçün Vergi Məcəlləsinin 67-ci maddəsində bir çox yanaşmalar nəzərdə tutulur.
Misal üçün, vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməsi mümkündür. Digər hal olaraq, vergi ödəyicisi ilə bağlı AVİS və AVİS-dən kənar məlumatlardan istifadəni göstərmək olar. Başqa bir hal vergi orqanı tərəfindən Məcəllənin 67.14-cü və 83.9-cu maddələrinə istinad edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilən “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na müraciət olunmasıdır.
Maraqlıdır ki, vergi orqanı Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən hallar üzrə ardıcılığı necə müəyyənləşdirir.
Vergi Məcəlləsinə əlavə edilən 67.17-ci maddəyə əsasən, bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir.
Maddədən götündüyü kimi, gəlir və ya xərclərdən hər hansı birinin müəyyən edilməsi mümkün olmadığı hallarda vergi orqanı birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilən “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na istinad etmək hüququna malikdir.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın