Mənfəət vergisi bəyannaməsində əsasən hansı sətirlər üzrə elektron qaimə-faktura tələb edilir?

Mənfəət vergisi bəyannaməsində əsasən hansı sətirlər üzrə elektron qaimə-faktura tələb edilir?

Satışına start verilən “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Vergi orqanı tərəfindən Mənfəət vergisi bəyannaməsi üzrə göndərilən kameral uyğunsuzluq məktublarının əksəriyyəti “Xərclər” bölməsində qeyd edilən xərclərin elektron qaimə-faktura ilə rəsmiləşdirilməməsi səbəbindən olur. Mənfəət vergisi bəyannaməsinə əsasən, aşağıdakı xərc maddələri üzrə elektron qaimə-fakturanın təqdim edilməsi tələb olunur:

 Xammal və materiallar (221.3-cü sətir);

Malın dəyəri (221.4-cü sətir);

Enerji xərcləri (221.7-ci sətir);

Qaz xərcləri (221.8-ci sətir) ;

Yanacaq xərcləri (221.9-cu sətir) ;

Su və kanalizasiya xərcləri (221.10-cu sətir) ;

Rabitə xərcləri (221.11-ci sətir) ;

Mühafizə xərcləri (221.12-ci sətir) ;

Reklam xərcləri (221.14-cü sətir) ;

Bilavasitə mallar təqdim edilməsi (işlətin görürlməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər (221.15-ci sətir) ;

Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə cəkilən xərclər (226-cı sətir) ;

Digər xərclər (232-ci sətir).

Göründüyü kimi, bank, ezamiyyə, amortizasiya, təmir və s. xərclərin elektron qaimə-faktura ilə rəsmiləşdirilməsi nəzərdə tutulmadığından vergi orqanı həmin sətirlər üzrə məbləğlərin vergi ödəyicisinə təqdim edilən elektron qaimə-fakturalardakı məbləğlərlə üzləşdirilməsini həyata keçirmir. Amma yuxarıda siyahısını verdiyimiz xərclər üzrə yekun məbləğ vergi ödəyicisinə təqdim edilən elektron qaimə-fakturalar üzrə cəmi məbləğlə üzləşdirilir. Əgər hər hansı fərq olarsa, vergi orqanı tərəfindən kameral uyğunsuzluq məktubu göndərilir. Fikrimizcə, vergi orqanı konkret sətirlər yox, bütün sətirlər üzrə cəmi məbləği təqdim edilən elektron qaimə-fakturalardakı cəmi məbləğlə üzləşdirir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər