Vergi Məcəlləsinin 57.6-ci maddəsinin 5 misalla izahı

Vergi Məcəlləsinin 57.6-ci maddəsinin 5 misalla izahı

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

Vergi Məcələsində 1 yanvar 2022-ci ildə əlavə olunan 57.6-cı maddəyə əsasən, Məcəllənin 16.10-cu maddəsində nəzərdə tutulan kreditor və debitor borclar barədə məlumat formasının təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qeyd edək Məcəllənin 16.10-cu maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan müddətlərdə təqdim etdikləri bəyannamələrlə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (İqtisadiyyat Nazirliyi) tərəfindən təsdiq edilən məlumatı elektron qaydada vergi orqanına təqdim etməlidir.

 

İndi isə Vergi Məcəlləsinin 57.6-cı maddəsinin tələblərini misallarla izah edək.

Mİsal 1. Əlavə dəyər vergisi ödəyicisi olmayan, mənfəət (gəlir) vergisi ödəyicisi - hüquqi şəxs 10 mart 2022-ci il tarixdə mənfəət bəyannaməsi təqdim edərkən, vergi ili üzrə kreditor və debitor borcları barədə formanı vergi orqanına təqdim etməyib. Bu halda vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 57.6-cı maddəsinə əsasən maliyyə sanksiyası tətbiq olunmayacaq.

Mİsal 2. Sadələşdirilmiş vergi ödəyicisi 2021-ci ilin may ayında ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduğu üçün əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınıb. Vergi ödəyicisi 31 mart 2022-ci ildə 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edərkən, kreditor və debitor borcları barədə formanı təqdim etmədiyi halda vergi orqanı tərəfindən ona Vergi Məcəlləsinin 57.6-cı maddəsinə əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.

Mİsal 3. ƏDV ödəyicisi 8 fevral 2022-ci il tarixdə 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsini, 10 mart 2022-ci il tarixdə isə kreditor və debitor borcları barədə formanı təqdim edib. Vergi Məcəlləsinin 16.10-cu maddəsində bəyannamənin təqdim edildiyi eyni gündə məlumat formasının təqdim edilməsi tələbi olduğu üçün, vergi orqanı tərəfindən məlumat formasının gec təqdim edilməsinə görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.6-cı maddəsinə əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq oluna bilər.

Mİsal 4. ƏDV ödəyicisi 31 mart 2022-ci il tarixdə 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edib. Vergi ödəyicisi tərəfindən bəyannamə ilə eyni gündə debitor və kreditor borclar haqqında məlumat forması da vergi orqanına göndərilib. Vergi ödəyicisi 30 iyun 2021-ci il tarixdə 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə dəqiqləşdirilmiş hesabat təqdim edib. Dəqiqləşdirilmiş hesabatda debitor borcların məbləği ilkin bəyannamədəkindən fərqli olub, amma vergi ödəyicisi debitor və kreditor borclar haqqında dəqiqləşdirilmiş məlumat formasını vergi orqanına təqdim etməyib. Bu halda vergi orqanı Vergi Məcəlləsinin 57.6-cı maddəsinə əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edə bilər.

Mİsal 5.  ƏDV ödəyicisi 29 mart 2022-ci ildə 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsini və debitor və kreditor borclar haqqında məlumat formasını vergi orqanına təqdim edib. Vergi ödəyicisi 30 iyun 2022-ci il tarixdə 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi üzrə dəqiqləşdirilmiş hesabat təqdim etsə də, debitor və kredit borcları üzrə hər hansı fərq olmadığından, debitor və kreditor borclar haqqında məlumat formasını vergi orqanına təqdim etməyib. Məlumat formasında hər hansı dəyişiklik nəzərdə tutulmadığından vergi orqanı Vergi Məcəlləsinin 57.6-cı maddəsinə əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq etməyəcək.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər