Hədiyyə verilən mallar necə rəsmiləşdirilməlidir?
Satışına start verilən “Vergi Uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə
Mİsal. Vergi ödəyicisi alış dəyəri 1,20 manat olan 200 ədəd malı uşaq evinə hədiyyə verib. Malın 1 ədədinin satış dəyəri 1,50 manatdır. Hesabat dövrünün sonunda məlum olub ki, alış və satış dəyərləri müvafiq olaraq 10 manat və 12 manat təşkil edən 150 ədəd mal əskikdir. Bu halda həmin malların Mənfəət vergisi bəyananməsində əks etdirilməsi aşağıdakı qaydada aparılacaq.
Birincisi, hədiyyə edilən və əskik gələn malların satış qiyməti ilə təqdim edildiyi qeyd olunacaq. Misalımıza uyğun olaraq hədiyyə verilən malların satış qiyməti 300 manat (1,50 manat (satış qiyməti) x 200 ədəd) təşkil edəcək. Hədiyyə verilən mallar satış dəyəri ilə “Mənfəət vergisi” bəyannaməsinin 206-cı (“Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri”) sətrində göstəriləcək.
Qeydlər:
- Hədiyyə verilən malların satış dəyəri Mənfəət vergisi bəyannaməsinin 200.1-ci sətri üzrə hesablamalarda nəzərə alınmalıdır;
- Hədiyyə verilən malların xərci kimi tanınması da malların satışında olduğu kimi “Xərclər” bölməsinin 221.4-cü sətrində qeyd edilməlidir;
Hədiyyə olunan mallar satışda olduğu kimi alış qiyməti ilə (misalımıza uyğun olaraq 240 manat = (1,20 manat (alış dəyəri) x 200 ədəd)) bəyannamənin 1.3.1-cü sətrinin “Təqdim edilmişdir” sütununda qeyd edilməlidir.
Topdansatış ticarət və ya istehsal fəaliyyəti üzrə malların təqdim edilməsi də eyni şəkildə aparılır.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın