Mikro sahibkar ƏDV ödəyicisi kreditor və debitor borcları barədə formanı təqdim etməlidir?

Mikro sahibkar ƏDV ödəyicisi kreditor və debitor borcları barədə formanı təqdim etməlidir?

Son vaxtların ən çox müzakirə olunan məsələsinə mks.az saytının ekspertləri aydınlıq gətirir

Vergi Məcəlləsinin 16.10-cu maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan müddətlərdə təqdim etdikləri bəyannamələrlə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı elektron qaydada vergi orqanına təqdim etməlidir. Maddədən göründüyü kimi, bütün ƏDV ödəyiciləri vergi ili üzrə kreditor və debitor borcları barədə məlumat formasını mənfəət (gəlir) vergisi bəyannaməsi ilə eyni vaxtda vergi orqanına təqdim etməlidirlər.

Bəzi həmkarlarımız hesab edirlər ki, mikro sahibkarlıq subyekti olan ƏDV ödəyiciləri tərəfindən kreditor və debitor borcları barədə məlumat formasının təqdim edilməsinə ehtiyac yoxdur. Onlar fikirlərini əsaslandırmaq üçün Vergi Məcəlləsində dəyişikliklərlə bağlı Qanunun keçid müddəasına istinad edirlər. Keçid müddəasının 2.3-cü bəndində qeyd edilir ki, bu Qanunun 1.50.1-ci maddəsi orta və iri sahibkarlıq subyektlərinə münasibətdə 2022-ci il yanvarın 1-dən, kiçik sahibkarlıq subyektlərinə münasibətdə isə 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.  Orta və iri sahibkarlıq subyektləri 2022-ci il yanvarın 1-dək, kiçik sahibkarlıq subyektləri isə 2023-cü il yanvarın 1-dək yaranan debitor və kreditor borcları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı müvafiq olaraq 2022-ci il martın 31-dək və 2023-cü il martın 31-dək vergi orqanına təqdim edirlər.

Doğrudur, qanunun keçid müddəasında debitor və kreditor borcları barədə formanın mikro sahibkarlıq subyektləri tərəfindən təqdim edilməsi barədə danışılmır. Ancaq qanunun 1.50.1-ci maddəsi Vergi Məcəlləsinin 16.10-cu yox, 130.4-cü maddəsi ilə bağlıdır. Həmin maddənin yeni redaksiyasında bildirilir ki, mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar.  Bir məsələni də qeyd edək ki, hər iki maddənin tələbləri üzrə təqdim edilən kreditor və debitor borcları barədə məlumat forması eynidir.

Beləliklə, Vergi Məcəlləsinin 16.10-cu maddəsi üzrə tələb edilən kreditor və debitor borcları barədə məlumat formasını sahibkarlıq subyektindən asılı olmayaraq bütün ƏDV ödəyiciləri təqdim etməlidirlər. Digər forma isə kasa metodundan hesablama metoduna keçən kiçik, orta və iri sahibkarlıq subyektləri üçün tələb olunur.

Bir daha qeyd edirik ki, mikro sahibkarlıq subyekti olan ƏDV ödəyiciləri də mənfəət (gəlir) vergisi bəyannaməsi ilə eyni vaxtda kreditor və debitor borcları barədə məlumat formasını vergi orqanına təqdim etməlidirlər.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Vahid 03 Aprel 2022

    "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" kitabı sifariş

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər