IV rüb üzrə cari arayışdan öncə mənfəət (gəlir) vergisi bəyannaməsi təqdim edildikdə, proses necə tənzimlənir?
Satışına start verilən “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə
Təcrübədə mümkündür ki, vergi ödəyicisi mənfəət (gəlir) vergisi bəyannaməsini son təqdimetmə vaxtından, yəni 31 martdan daha tez müddətdə təqdim etsin. Həmin müddət bəzi hallarda öncəki ilin IV rübü üzrə təqdim edilməli olan “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ın verilməsi tarixindən əvvələ təsadüf edə bilər. Maraqlıdır ki, mənfəət (gəlir) vergisi bəyannaməsi arayışdan tez təqdim edilərsə, o zaman arayış təqdim olunmasına ehtiyac varmı? Fikrimizcə, cari vergi ödəmələri haqqında arayışın məqsədi mənfəət (gəlir) vergisi bəyannaməsi üçün məlumatların və ödəmələrin öncədən həyata keçirilməsidir. Bu səbəbdən də, vergi ödəyicisi mənfəət (gəlir) vergisi bəyannaməsi təqdim eməklə gəlirləri və vergi öhdəlikləri haqqında vergi orqanını məlumatlandırığı üçün öncəki ilin IV rübü üzrə “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ın təqdim edilməsinə ehtiyac yaranmır.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın