Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi ilə bağlı yeni dəyişiklik hansıdır?
Satışına start verilən “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə
Vergi ödəyiciləri tərəfindən təqdim edilən vergi hesabatları ilə bağlı inqilabi dəyişiklik Vergi Məcəlləsinə əlavə edilən 72.4-1-ci maddə ilə bağlıdır. Həmin maddəyə əsasən, bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallarda vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.
Misal. Vergi ödəyicisi 2022-ci ilin I rübündə vətəndaş və ya fiziki şəxsdən icarəyə götürdüyü ofis üçün 5 aylıq ödənişi öncədən həyata keçirib. Vergi ödəyicisi I rüb üzrə təqdim etdiyi ödəmə mənbəyində tutulan vergi bəyannaməsində vergiləri bəyan edib. 2022-ci ilin II rübündə qarşılıqlı razılaşmaya əsasən, icarə müqaviləsinə xitam verildiyi üçün vergi ödəyicisi ödədiyi 5 aylıq ödənişin 2 ayının vəsaitini geri alıb. Bu halda vergi ödəyicisi artıq 2021-ci ilin I rübü üzrə dəqiqləşdirilmiş bəyannamə verməyəcək, II rüb üzrə təqdim etdiyi bəyannamədə dəqiqləşdirmə həyata keçirəcək.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
7) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın