Anar Bayramovun təqdimatında: Cari vergi ödəmələrinin hesablanma metodu

Anar Bayramovun təqdimatında: Cari vergi ödəmələrinin hesablanma metodu

Vergi ödəyiciləri cari vergi ödəmələri ilə bağlı müəyyən suallarla qarşılaşırlar. Suallara “vergiler.az” oxucuları üçün iqtisadçı Anar Bayramov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən, vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər.

Vergi ödəyicisinin Məcəllənin 151.1-ci maddəsi üzrə qeyd etdiyimiz tələb (ötən il üzrə mənfəətlə işləməsi) 151.2-ci maddə üçün keçərlidir. Həmçinin, əvvəlki il mənfəət vergisi ödəyicisi olmayanlar da Vergi Məcəlləsinin nəinki 151.1-ci maddəsi, həm də 151.2-ci maddəsi ilə nəzərdə tutulan metodu tətbiq edə bilməz. Vergi Məcəlləsinin 151.1-ci maddəsini tətbiq edərkən, vergi ödəyicisinin cari rübdəki gəlirləri hər hansı önəm daşımırdı. Çünki hesablama vergi ödəyicisinin ötənilki mənfəəti üzrə həyata keçirilirdi. Amma Vergi Məcəlləsinin 151.2-ci maddəsi üzrə aşağıdakı göstəricilərdən istifadə edilir:

- vergi ödəyicisinin rüb ərzində gəlirlərinin məbləği (xərclər çıxılmadan);

- vergi ödəyicisinin keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsal.

Misal: Vergi ödəyicisinin 2022-ci ilin 1-ci rübündə dövriyyəsi 30.000 manat, 2021-ci il ərzində təşkilatın ümumi gəliri isə 180.000 manat olub. Gəlirdən çıxılan xərclər 60.000 manat olduğu üçün mənfəət vergisi 24.000 manat təşkil edib.

180.000 – 60.000 = 120.000 manat,
120.000 x 20% = 24.000 manat.

Deməli, verginin gəlirlərdə xüsüsi çəki əmsalı 0,13-dür:

24.000 : 180.000 = 0,13.

Bu zaman 1-ci rüb üzrə cari vergi ödəməsi 3.900 manat olacaq:

120.000: 4 = 30.000 manat (I rüb üzrə dövriyyə)
30.000 x 0,13 = 3.900 manat.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
7) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər