Mütəxəssis vəzifəsində çalışan işçiyə minimum əmək haqqının müəyyən edilməsinə inzibati cərimə hesablanır?

Mütəxəssis vəzifəsində çalışan işçiyə minimum əmək haqqının müəyyən edilməsinə inzibati cərimə hesablanır?

Satışına start verilən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqıdan aşağı məbləğdə əmək haqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, Prezidentin sərəncamına əsasən, 1 yanvar 2022-ci il tarixdən minimum əmək haqqı 300 manat məbləğində müəyyən edilib. İndi isə misallar üzərində inzibati cərimənin tətbiq olunması hallarını nəzərdən keçirək.

Misal 2.  Kompüter mütəxəssisi vəzifəsində çalışan işçi tam iş vaxtı ilə çalışır və ona 300 manat əmək haqqı müəyyən edilib. 

Mütəxəssis vəzifəsində çalışan işçilərə minimum əmək haqqının müəyyən edilməsi arzuolunan deyil. Minimum əmək haqqı ixtisassız işçilərə görə müəyyən edilən əmək haqq formasıdır. Əməyin ödənilməsi sistemi baxımından problem olsa da, Dövlət Əmək Müfəttişliyi Xidməti bu halda işəgötürənə inzibati cərimə tətbiq edə bilməz. Çünki İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində qeyd edilir ki, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqıdan aşağı məbləğdə əmək haqqı verilməsinə görə inzibati cərimə tətbiq edilir. Bizim misalda isə işçiyə minimum əmək haqqıdan aşağı məbləğdə əmək haqqı müəyyən edilməyib.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
7) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı 

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər