Təhtəlhesab şəxs ona verilən vəsaiti qaydalara uyğun qaytarmazsa necə tənzimlənəcək?

Təhtəlhesab şəxs ona verilən vəsaiti qaydalara uyğun qaytarmazsa necə tənzimlənəcək?

Satışına start verilən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

Altıncı məqam. Təhtəlhesab şəxs ona verilən vəsaiti qaydalara uyğun qaytarmadıqda onun gəliri hesab edilir.

Vergi Məcəlləsinin 98.2.7-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada geri qaytarılmadıqda – həmin vəsaitin məbləği muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir.

Misal 1.  Vergi ödəyicisi təhtəlhesab şəxsə 1 dekabr 2020-ci il tarixdə 2000 manat vəsait verib. Təhtəlhesab şəxs 15 dekabr 2020-ci il tarixdə 1650 manatlıq avans hesabatı təqdim edib və 300 manatlıq qalıq vəsaiti kassaya qaytarıb. Bu halda həmin vəsaitin vergi ödəyicisinin muzdlu işlə əlaqədar alınan gəliri hesab edilib-edilməməsi müzakirələrə səbəb olub. Bəzi mütəxəssislərimiz hesab edirlər ki, vəsait təhtəlhesab şəxs tərəfindən geri qaytarıldığı üçün onun gəliri sayılmamalıdır. Amma Vergi Məcəlləsinin 98.2.7-ci maddəsində “müəyyən edilmiş qaydada geri qaytarılmadıqda” ifadəsindən istifadə edilib. Göründüyü kimi, vəsaitin qaydalara uyğun geri qaytarılmaması imkan verir ki, həmin vəsait təhtəlhesab şəxsin gəliri hesab edilsin. Bu halda vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.8-ci maddəsinə uyğun maliyyə sanksiyası tətbiq edilə bilər.

Misal 2. Vergi orqanı operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edib ki, vergi ödəyicisi 2 dekabr 2020-ci il tarixdə təhtəlhesab şəxsə vəsait verib. İşçi 5 iş günü keçməsinə baxmayaraq, avans hesabatı təqdim etməyib. Vergi orqanının vəzifəli şəxsi həmin məbləği təhtəlhesab şəxsin muzdlu işlə əlaqədar alınan gəliri kimi tanıyıb, icbari ödənişlərə cəlb edə bilər.

Qaydaların tətbiqi nağd vəsaitlərin uçotunun təkmilləşdirilməsi ilə yanaşı, vergi nəzarət tədbirləri zamanı vergi ödəyicilərinin pul vəsaitlərinin uçotdan gizlədilməsinin qarşısını almağa hesablanmış addımdır. Çünki bu qaydalar tətbiq edilmədikdə vergi ödəyicisi yüksək məbləğdə vəsaiti təhtəlhesab şəxsə avans kimi yazmaqla, kassada olmalı vəsaiti leqallaşdıra bilirdi. Qanunvericilikdə həmin vəsaitlərin hansı müddətə qaytarılması ilə bağlı tələb olmadığı üçün vergi orqanı maliyyə sanksiyası tətbiq etməkdə çətinliklə qarşılaşırdı. Qaydaların qəbulundan sonra qeyd olunan boşluq aradan qaldırılıb.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
7) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı 

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın