Elektron kabinetə girişlə bağlı hansı məhdudiyyətlər tətbiq edilir?

Elektron kabinetə girişlə bağlı hansı məhdudiyyətlər tətbiq edilir?

Satışı yekunlaşmaqda olan “Vergi Qanunvericiliyi Toplusu 2022” kitabından seçmə

1 yanvar 2022-ci ildən “Elektron kabinet” anlayışının tərifinə də düzəliş edilib. Dəyişikliyin həyata keçirilməsində iki məqsəd var.

Birincisi, inzibati prosedurun təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, dəyişikliyə qədər Vergi Məcəlləsində elektron kabinetlə bağlı vergi orqanı və vergi ödəyicisi arasında müqavilənin imzalanması təsbit olunmuşdu. Son dəyişiklikdən sonra, vergi ödəyicisi uçota alınan zaman təqdim edilən ərizə vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifəsinin yaradılması üçün əsas hesab ediləcək.

İkinci məqsəd vergi orqanı tərəfindən gücləndirilmiş elektron imzanın tətbiqidir. Qeyd edək ki, Vergi Məcəlləsində son dəyişiklikləri əhatə edən qanunda qeyd olunur ki, vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

Görundüyü kimi, təhlükəsizlik məqsədləri üçün 1 yanvar 2024-cü il tarixdən etibarən vergi ödəyiciləri elektron kabinetə yalnız gücləndirilmiş elektron imza (elektron imza və ya Asan İmza) ilə daxil ola biləcəklər. Bu da o deməkdir ki, həmin tarixdən etibarən vergi ödəyicisinin kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı məhdudlaşdırılacaq.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
7) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı 

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın