Hansı halda vergi ödəyicisinin cari vergi ödəməsi haqqında arayış göndərməsinə icazə verilmir?
Satışına start verilən "Vergi uçotu: A-dan Z-yə" (VI nəşr) kitabından seçmə
Təcrübədə rast gəlinən suallardan biri də vergi ödəyicisinin mənfəət (gəlir) vergisi üzrə “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış” hesabatını təqdim edərkən, vergi orqanı tərəfindən məhdudiyyətlə rastlaşmasıdır. Bu cür vəziyyətin hansı halda baş verməsini misalla izah edək.
Misal. Vergi ödəyicisi qərar verir ki, 25 iyun 2022-ci il tarixindən Vergi Məcəlləsinin 16.3-cü maddəsinin tələblərinə uyğun olaraq fəaliyətini 2 illik dayandırsın. Vergi ödəyicisi 10 iyul 2022-ci il tarixdə 2022-ci ilin II rübü üzrə “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış” təqdim etmək istədikdə məlumat xarakterli bildiriş çıxır ki, vergi ödəyicisinin həmin arayışı təqdim etmək hüququ yoxdur.
Vergi orqnı tərəfindən vergi ödəyicisinə məhdudiyyətin tətbiq olunması səbəbini bilmək üçün Vergi Məcəlləsinin 149.3-cü maddəsinə diqqət yetirməliyik. Vergi Məcəlləsinin 149.3-cü maddəsində qeyd edilir ki, vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Maddədən göründüyü kimi, vergi ödəyicisi 25 iyun 2022-ci il tarixdə fəaliyyətini müvəqqəti dayandırdığı üçün artıq 30 gün ərzində mənfəət (gəlir) vergisi bəyannaməsini verməlidir. Vergi ödəyicisi 2022-ci ilin II rübü üzrə “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ı yox, 1 yanvar – 25 iyun 2022-ci il üzrə mənfəət (gəlir) vergisi bəyannaməsini təqdim etməlidir. Bu səbəbdən də vergi orqanı tərəfindən “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ın təqdim edilməsinə məhdudiyyət qoyulur.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
7) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın