Vergi ödəyicisi Vergi Məcəlləsinin 151.2-ci maddəsinə uyğun metodu seçdikdə, hesablama necə həyata keçirilir?
Satışına start verilən "Vergi uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə
Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən, vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər.
Vergi ödəyicisinin Məcəllənin 151.1-ci maddəsi üzrə qeyd etdiyimiz tələb (ötən il üzrə mənfəətlə işləməsi) 151.2-ci maddə üçün keçərlidir. Həmçinin, əvvəlki il mənfəət vergisi ödəyicisi olmayanlar da Vergi Məcəlləsinin nəinki 151.1-ci maddəsi, həm də 151.2-ci maddəsi üzrə metodu tətbiq edə bilməz.
Vergi Məcəlləsinin 151.1-ci maddəsini tətbiq edərkən, vergi ödəyicisinin cari rübdəki gəlirləri hər hansı önəm daşımırdı, çünki hesablama vergi ödəyicisinin ötən ilki mənfəəti üzrə həyata keçirilirdi. Amma Vergi Məcəlləsinin 151.2-ci maddəsi üzrə aşağıdakı göstəricilərdən istifadə edilir:
- Vergi ödəyicisinin rüb ərzində gəlirlərinin məbləği (xərclər çıxılmadan);
- Vergi ödəyicisininn keçən ilinin keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsal.
İndi isə maddənin tələblərini misallarla izah edək.
Misal. Vergi ödəyicisinin 2022-ci ilin 1-ci rübündə dövriyyəsi 30 000 manat, 2021-ci il ərzində təşkilatın ümumi gəliri isə 180 000 manat olub. Gəlirdən çıxılan xərclər 60 000 manat olduğu üçün mənfəət vergisi 24 000 manat ((180 000 manat – 60000 manat) x 20 faiz) təşkil edib. Deməli, verginin gəlirlərdə xüsüsi çəki əmsalı 0,13-dür (24 000 manat / 180 000 manat).
Bu zaman I rüb üzrə cari vergi ödəməsi 3 900 manat (30 000 manat (I rüb üzrə dövriyyə) x 0,13 (əmsal) olacaq.
Digər misala isə “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış” üzərindən baxaq....
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
7) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın