Ödəmə mənbəyində vergini hesablamaq üçün hansı düsturdan istifadə edilir?
Satışına start verilən "Vergi Uçotu: A-dan Z-yə" (VI nəşr) kitabından seçmə
Ödəmə mənbəyində verginin hesablanması ilə bağlı bəzi hallarda vergi ödəyicisinin ödənilən məbləğdən vergi hesablamasına rast gəlinir. Misal üçün, qeyri-rezidentə 10 000 dollar vəsait ödənilirsə, ödəmə mənbəyində vergini də 1 000 dolar məbləğində (10 000 dollar x 10 faiz (ödəmə mənbəyində verginin dərəcəsi) hesablayır. Amma təbii ki, ödəmə mənbəyində vergi hesabatı təqdim edərkən problemlərl üzləşir və əksər hallarda vergi orqanı tərəfindən kameral uyğunsuzluq barədə məktublar gəlir. O səbəbdən də, ödəmə mənbəyində vergini hesablamaq üçün düstur təklif edirik ki, təcrübədə tətbiq etsinlər.
Fərz edək ki, ödənilən məbləğ X, hesablanan verginin dərəcəsi Y-dır. Bu zaman hesablanancaq məbləği tapmaq üçün düsturmuz aşağıdakı kimi olacaq:
Z= X/(1- (Y/100)
OMV= Z x Y%
Misal. Vergi ödəyicisi vətandaşdan götürdüyü əmlakın icarə haqqı üzrə ödənişi 500 manat müəyyən edib. Bu zaman düsturumuza uyğun hesablama aşağıdakı kimi olacaq:
Hesablannmış məbləğ (Z) = (500 manat (ödəniləcək məbləğ - X))/ (1- 14 (ödəmə mənbəyində vergi/100)= 500/0.86=581.39 manat
OMV= 581,39 manat (Hesablanmış məbləğ) x 14 faiz= 81,39 manat
Analoji hesablamanı digər ödəmə mənbəyində vergiyə tətbiq edək.
Beynəlxalq daşımada ödəmə mənbəyində verginin dərəcəsi 6 faiz olduğu üçün, ödəniləcək məbləği 0,94-ə bölmək lazımdır. Misal üçün, 1200 dollar daşıma xidməti müəyyənləşdirilibsə, o zaman hesablanan məbləğ 1276,59 follar (1200 dollar (ödəniləcək məbləğ)/ 0.94 əmsal (6 faizlik ödəmə mənbəyində vergi dərəcəsi nəzərə alınmaqla əmsal) təşkil edəcək. Bu səbəbdən də vergi ödəyicisinin dövlət büdcəsinə ödəyəcəyi məbləğ 76,59 dollar (1276,59 dollar (hesablanan məbləğ) x 6 faiz (ödəmə mənbəyində vergi) olacaq.
İndi isə, dividend, faiz gəlirləri və qeyri-rezidentlərə ödənilən məbləğlər üzrə ödəmə mənbəyində hesablanan 10 faizlik vergi haqqında məlumat verək. Bu halda ödəniləcək məbləği 0,90-a bölməklə hesablanacaq məbləği tapmaq mümkün olacaq. Misal üçün, ödəniləcək dividendin məbləği 4 000 manatdırsa, o zaman hesabanacaq məbləğ 4444,44 manat (4000 manat (ödəniləcək məbləğ) / 0.90 (10 faizlik ödəmə mənbəyində vergi dərəcəsi nəzərə alınmaqla əmsal) təşkil edir. Vergi ödəyicisinin vergisi 444, 44 manat (4444, 44 manat (hesablanan məbləğ) x 10 faiz (dividendə görə ödəmə mənbəyindən verginin dərəcəsi) manat təşkil edəcək.
Qeyd edək ki, ödəmə mənbəyində tutulan vergi və (və ya) mənfəət (gəlir) vergisi bəyannamələrində, ödəniləcək yox, hesablanacaq məbləği qeyd etmək daha düzgündür.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
7) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın