İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi qərarının iki hala təsiri
5 mart 2022-ci il tarixində iş gününün müddəti bir saat qısaldılmalıdırmı və qərarın altıgünlük iş rejiminə təsiri varmı?
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib. Nazirlər Kabinetinin 3 mart 2022-ci il tarixli, 69 saylı qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, beşgünlük iş rejimində ardıcıl 3 gün, yəni 6,7 və 8 mart tarixləri iş günü olmayacaq.
Həmkarlarımız qərarın iki məsələyə təsirləri ilə bağlı redaksiyamıza suallar ünvanlayıblar. Sualın biri 5 mart 2022-ci il tarixində iş gününün müddətinin bir saat qısaldılıb-qısaldılmaması, digəri isə qərarın altıgünlük iş rejiminə təsiri ilə bağlıdır.
Hazırda satışı uğurla davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabının müəllifi, mks.az saytının eksperti Anar Bayramov həmkarlarımızı maraqlandıran hər iki məsələyə aydınlıq gətirib.
Əmək Məcəlləsinin 108-ci maddəsinin birinci hissəsinə əsasən, Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Maddənin tələblərinə uyğun olaraq, 2022-ci ilin istehsalat təqvimində 7 mart 2022-ci il tarixdə 7 saatlıq iş norması nəzərdə tutulub. Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdiridiyindən Əmək Məcəlləsinin 108-ci maddəsinin tələblərinə uyğun olaraq şənbə günü iş gününün müddəti bir saat qısaldılmalıdır. Çünki günlərin yeri öz hüquqi nəticələri ilə dəyişdiyi üçün iş vaxti balansı və dövrə uyğun iş vaxtı norması (aylıq, rüblük və illik) sabit qalır. Beləliklə, növbəti gün, yəni 6 mart 2022-ci il tarixi qanunvericiliklə bayram günü hesab edilməsə də, 5 mart 2022-ci il tarixində iş vaxtının norması bir saat qısaldılmalıdır.
İkinci maraqlı məsələ Nazirlər Kabinetinin 69 saylı qərarının altıgünlük iş rejiminə təsiri ilə bağlıdır. Altıgünlük iş rejimində çalışanlar üçün 5 mart 2022-ci il tarixi iş günü olduğundan qərarın təsir dairəsinə düşmür. Bu halda iş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll edilə bilər. Yəni, işəgötürənin qərarına əsasən, ya iş vaxtı rejimində hər hansı dəyişiklik edilmir, iş rejiminin sabit saxlanılması təmir olunur, ya da 2022-ci il 7 mart iş günü ilə 6 mart istirahət gününün yerləri dəyişdirilir. Sonda qeyd edək ki, altıgünlük iş rejimində istirahət gününün yerinin dəyişdirilməsi Nazirlər Kabinetinin 69 saylı qərarı ilə yox, işəgötürənin daxili əmri (sərəncamı) ilə tənzimlənir.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
6) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
7) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın