DİQQƏT! Baş nazir əmək qanunvericiliyin pozulması ilə bağlı elektron protokol və qərar formalarını təsdiqlədi

DİQQƏT! Baş nazir əmək qanunvericiliyin pozulması ilə bağlı elektron protokol və qərar formalarını təsdiqlədi

Həmkarlarımıza öz fəaliyyətlərində İnzibati Xətalar Məcəlləsinin elektron protokol tətbiq edilən maddələrini nəzərə almağı tövsiyə edirik

Xəbər verdiyimiz kimi, 2 aprel 2021-ci il tarixli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” AR Qanununa əsasən, əmək qanunvericiliyi üzrə elektron protokolun tərtib olunması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Məcəlləyə əlavə olunan 127-4.1-ci maddəyə əsasən, bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar barəsində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarıla bilər.

Əmək qanunvericiliyinin pozulmasının hansı hallarında elektron qərarın tətbiq olunması barədə geniş məlumat “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabında təqdim olunub. İndi isə, həmkarlarımıza Nazirlər Kabinetinin 26 fevral 2022-ci il tarixli, 56 saylı qərarı haqqında məlumat vermək istəyirik. “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli, 466 nömrəli Qərarına dəyişiklik edilib. Nazirlər Kabinetinin digər qərarı ilə “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərar”ın forması təsdiq olunub.

Qeyd edək ki, qəraradək elektron protokol və qərarın konkret forması olmadığı üçün, İnzibati Xətalar Məcəlləsi üzrə tətbiq edilən cərimələri tətbiq olunmurdu. Artıq yeni qərardan sonra Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması hallarında elektron qaydada cərimənin tətbiq edilməsi gözlənilir. O səbəbdən də həmkarlarımıza İnzibati Xətalar Məcəlləsinin elektron protokol tətbiq edilən maddələri ilə bağlı diqqətli olmağı tövsiyə edirik.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

6) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
7) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın