Vergi ödəyicisi fərdi sahibkardan icarəyə obyekt götürdükdə,proses necə tənzimlənməlidir?

Vergi ödəyicisi fərdi sahibkardan icarəyə obyekt götürdükdə,proses necə tənzimlənməlidir?

Satışına start verilən "Vergi uçotu: A-dan Z-yə" (VI nəşr) kitabından seçmə

Əgər icarəyəverənin VÖEN-i varsa, o zaman vergi ödəyicisi kimi ilk olaraq obyekti qeydiyyata salmalıdır. Bunun üçün, “İcarə vəziyyəti” bölməsində “Mülkiyyətində olan” altbölməsini seçməlidir. Ərizədə lazımi bölmələrin doldurulması həyata keçirilməlidir. Qeyd edək ki, Dövlət Vergi Xidməti “Təsərrüfat subyektinin qeydiyyatı, məlumat dəyişdirilməsi və uçotdan çıxarılması proqram təminatında edilmiş dəyişikliklərlə bağlı” İSTİFADƏÇİ TƏLİMATI hazırlayıb. Həmin təlimatı vergi qurumunun saytından və ya kitabın üzərindəki CD diskdən əldə etmək mümkün olduğu üçün, istifadə olunan göstəricilər barədə detallı məlumat verməyə lüzum görmədik. Ərizənin doldurdulması zamanı lazım olunan əlavə informasiya və hansı hallarda imtina gəlməsi haqqında məlumat verək.Mİsal. Vergi ödəyicisi Bakı şəhəri, Xətai Rayonu İcra Hakimiyyətinin sərəncamı ilə rəsmiləşdirilən mülkiyyətindəki 145 kvadratlıq metrlik obyekti qeydiyyata salmaq istəyir. O zaman vergi ödəyicisi ərizə formasına məlumatları aşağıdakı kimi qeyd etdikdən sonra vergi orqanına göndərir.Təbii ki, vergi ödəyicisinin ərizə formasından əlavə, mülkiyyətlə bağlı sənədləri (sərəncam, layihə və s.) göndərməsinə ehtiyac var. İlkin qeydiyyat mülkiyyətdə olan obyektin qeydiyyatı ilə bağı olduğu üçün icarə müqaviləsinə ehtiyac yoxdur.Bir məqamı bildirmək istəyirik ki, vergi orqanı mülkiyyət sənədini verən orqanının VÖEN-ni yazmağı tələb edir. Həmin məlumat açıq olduğu üçün, internet bazasından tapmaq mümkündür. Misal üçün, Xətai Rayonu İcra Hakimiyyətinin VÖEN-i 2000267961-dır.Ərizə formasına məlumatlar daxil edildikdən 2 iş günü ərzində vergi orqanı obyektin qeydiyyatı haqqında məlumat və ya ərizədən imtina göndərir. Obyekt qeydiyyata alınarsa, o zaman təsdiq məlumatı belə olacaq...

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

6) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
7) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın