İşdən çıxmaq üçün 1 ay tələbini gözləməyən işçi ilə bağlı sənədləşmələr necə həyata keçirilir?
Satışına start verilən "Əməyin uçotu: A-dan Z-yə" (II nəşr) kitabından seçmə
Qeyd etdiyimiz kimi, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində olan norma imperativ deyil, dispozitivdir. Təcrübədə işəgötürən razılıq verə bilər ki, işçi bir təqvim ayından sonra yox, ərizəsində göstərdiyi tarixdə işdən azad olunsun. Maraqlıdır ki, bu zaman işçi ərizəni verdiyi tarixdən bir ay müddətində işə qayıtmaq hüququnu özündə saxlayır?
Mİsal. İşçi 10 fevral 2022-ci il tarixdə ərizə təqdim edir ki, başqa işəgötürənlə əmək müqaviləsi imzaladığı üçün 15 fevral 2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilsin. İşəgötürən işçini 15 fevral 2022-ci il tarixdə işdən azad etsə də, işçi 22 fevral 2022-ci il tarixdə yenidən işə bərpa olunmaq üçün müraciət edir. İşçi bunu onunla əsaslandırır ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin dördüncü hissəsinə uyğun olaraq əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər.
Əgər işəgötürən əmək müqaviləsinin xitamı zamanı həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməyibsə, o halda işçini əvvəlki vəzifəsinə bərpa etməyə borcludur.
Mümkündür ki, işəgötürən işçiyə rəsmi xəbərdarlıq versin, ancaq işçinin çıxdığı vəzifəyə yeni işçi qəbul etməsin və ya ümumiyyətlə, yeni işçinin qəbulu ilə bağlı hər hansı proses (vakansiyanın elan edilməsi, intervülərin keçirilməsi və s.) həyata keçirməsin...
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
6) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
7) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın