Sabit qəbzlə bağlı maliyyə sanksiyasının məbləği necə artırılıb?
Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VI nəşr) kitabından seçmə
1 yanvar 2022-ci ildən etibarən qəbzin adı dəyişməklə yanaşı, tətbiq edilən maliyyə sanksiyasının bazası hissəsi də artırılıb. Belə ki, əvvəllər sabit qəbz olmadan fəaliyyət göstərənlərə ancaq ödəyəcəyi verginin müəyyən faizi tətbiq edilirdisə, 1 yanvar 2022-ci il tarixindən etibarən vergi ilə yanaşı, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı məbləğlərinin faizi qədər maliyyə sanksiyası tətbiq ediləcək.
Mİsal 1. Bakı şəhərində fərdi olaraq bərbər fəaliyyəti həyata keçirən vergi ödəyicisi sabit qəbz olmadan fəaliyyət göstərir. 2021-ci ilin noyabr ayında vergi ödəyicisində həmin pozuntu təqvim ili ərzində ilk dəfə aşkar olunduqda bərbər fəaliyyəti ilə məşğul olan şəxsə - Bakı şəhərində fəaliyyət göstərən bərbərin ödəməli olduğu aylıq sabit vergi məbləğinin 30 manat olmasını nəzərə alaraq - vergi orqanı 12 manat (30 manat x 40 faiz) maliyyə sanksiyası tətbiq edirdi.
Mİsal 2. 2022-ci ilin fevral ayında Bakı şəhərində fərdi olaraq bərbər fəaliyyəti həyata keçirən şəxsin sabit qəbz olmadan fəaliyyət göstərməsi müəyyən edilib. Artıq vergi orqanı tərəfindən tətbiq olunan maliyyə sanksiyasının məbləği fərqli hesablanacaq, aylıq sabit vergi məbləği ilə yanaşı, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta məbləğinin birlikdə 40 faizi maliyyə sanksiyası kimi nəzərə alınacaq. Beləliklə, maliyyə sanksiyasının hesablanacağı baza məbləği 51 manat (30 manat (sabit vergi) + 9 manat (sosial ayırma- minimum əmək haqqının 3 faizi) + 12 manat (icbari tibbi sığorta – minimum əmək haqqının 4 faizi)) olduğundan, vergi ödəyicisi təqvim ilində ilk dəfə belə hala yol verdikdə, vergi orqanı tərəfindən 20,40 manat (51 manat x 40 faiz) məbləğində maliyyə sanksiyası hesablanacaq.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
6) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
7) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın