Məzuniyyətdə olan işçinin əmək haqqı və ya vəzifəsini dəyişmək mümkündür?

Məzuniyyətdə olan işçinin əmək haqqı və ya vəzifəsini dəyişmək mümkündür?

Satışına START verilən "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən məzuniyyətdə olan işçinin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maraqlıdır ki, işəgötürən məzuniyyətdə olan işçinin vəzifəsini və ya əmək haqqı məbləğini dəyişən qərarlar verə bilər, yoxsa mütləq işçinin məzuniyyətdən geri qayıtmasını gözləməlidir?
Əmək qanunvericiliyində əmək məzuniyyətdə olan işçinin əmək şəraitinin dəyişməsi ilə bağlı hər hansı qadağa yoxdur. Vəzifənin və ya əmək haqqının dəyişməsi əmək şəraitinin dəyişməsidir? Əmək Məcəlləsinin 56-cı maddəsinin birinci hissəsinə əsasən, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin maddənin ikinci hissəsinə əsasən, işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Deməli, işçinin əmək haqqının dəyişməsi onun əmək şəraitinin dəyişməsi anlamına gəlir.
Vəzifə dəyişikliyinə gəlincə isə, Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
Hər iki maddənin tələblərindən görünür ki, işəgötürənin qərarlarına işçinin razılığı tələb olunur. Əgər məzuniyyətində olan işçi razılığını yazılı surətdə bildirərsə, bu zaman işəgötürən hər iki dəyişikliyi həyata keçirə bilər. Təbii ki, işçi yazılı razılıq verməzsə və ya buna imkanı olmazsa, işəgötürən hər iki prosesi həyata keçirə bilməz.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

6) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
7) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Rena 10 Mart 2022

    Salam. Zəhmət olmazsa, ƏM-nin aşağıdakı maddəsinə diqqət edin. Burada "Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır" deyə qeyd olunub. Yəni dəyişdirilə bilməz qeyd olunub. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Təşəkkür edirəm.

Şərh yazın