İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün YENİ maliyyə sanksiyası necə tətbiq olunacaq?

İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün YENİ maliyyə sanksiyası necə tətbiq olunacaq?

Satışına start verilən "Vergi Məcəlləsi. Ümumi hissənin izahı" (II nəşr) kitabından seçmə

Dördüncü hal. Vergi Məcəlləsinin 16.1.4-2-ci maddəsində göstərilən məlumat forması ilə bağlı maliyyə sanksiyasının tətbiq edilməsinə baxaq. Vergi Məcəlləsinin 16.1.4-2-ci maddəsinə əsasən, vergi ödəyicisi mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (İqtisadiyyat Nazirliyi) tərəfindən təsdiq edilən məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etməlidir. Həmçinin, vergi ödəyicisi istehsal prosesi ilə, o cümlədən yeni məhsul növünün istehsalına başlanılması ilə bağlı olaraq təqdim edilmiş məlumatda il ərzində dəyişiklik olarsa, dəyişikliklə bağlı dəqiqləşdirilmiş məlumatı təqvim ili ərzində vergi orqanına təqdim etməlidir.
Mİsal 1. Mikro sahibkarlıq subyekti mebel istehsalı ilə məşğul olur. Vergi ödəyicisi verqi orqanına istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə məlumatı yanvar ayının 31-dək təqdim etməyib. Bu zaman vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 57.3-cü maddəsinə uyğun olaraq, maliyyə sanksiyası tətbiq edilməyəcək. Çünki Vergi Məcəlləsinin 16.1.4-2-ci maddəsilə tələb olunan məlumat forması mikro və kiçik sahibkarlıq subyektlərinə şamil olunmur.
Mİsal 2. Orta sahibkarlıq subyektinə aid edilən və tum istehsalı ilə məşğul olan vergi ödəyicisi istehsalla bağlı məlumatı 15 fevral 2022-ci il tarixində təqdim edib. Vergi Məcəlləsinin 16.1.4-2-ci maddəsinə əsasən, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə məlumat forması hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim edilməlidir. Vergi ödəyicisi məlumat formasını vaxtında təqdim etmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 57.3-cü maddəsinə əsasən 1000 manat məbləğində maliyyə sanksiyasına məruz qalacaq.
Mİsal 3. Qapı-pəncərə istehsalı ilə məşğul olan iri sahibkarlıq subyekti Vergi Məcəlləsinin 16.1.4-2-ci maddəsində nəzərdə tutulan məlumat formasını vergi orqanına təqdim edib. Vergi nəzarəti zamanı məlum olur ki, vergi ödəyicisinin istehsalla bağlı təqdim etdiyi məlumat formasında göstəricilər təhrif olunub. Bu halda vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 57.3-cü maddəsinin tələbləri əsas tutularaq, vergi ödəyicisinə 1 000 manat məbləğində maliyyə sanksiyası tətbiq oluna bilər.
...

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz

7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın