Səyyar vergi yoxlamasının müddəti neçə gün artırılacaq?

Səyyar vergi yoxlamasının müddəti neçə gün artırılacaq?

Satışı davam edən "Vergi Qanunvericiliyi Toplusu 2022" kitabından seçmə

Kameral vergi yoxlaması ilə yanaşı, səyyar vergi yoxlamasının da müddəti artırılıb. Son dəyişiklik nəticəsində Vergi Məcəlləsinin 38.2-ci maddəsinin birinci hissəsinin üçüncü və dördüncü cümlələrində və ikinci hissəsində ismin müvafiq hallarında “gün” sözü ismin müvafiq hallarında “iş günü” sözləri ilə əvəz edilib. Belə ki, artıq səyyar vergi yoxlaması 30 təqvim günü yox, 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 təqvim günü yox, 90 iş gününə qədər artırıla bilər. Həmçinin, Vergi Məcəlləsinin 38.2-ci maddəsində müəyyən edilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 təqvim günü yox, 30 iş günündən çox olmayan müddətə uzadıla bilər.
Yenilənmiş maddədən göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisində həyata keçirilən səyyar vergi yoxlamasının müddətinin tavan həddi 30 təqvim günü yox, 30 iş günü müəyyən edilib. Həmçinin, müstəsna hallarda səyyar vergi yoxlamasının müddəti 90 iş gününə qədər artırıla bilər ki, bu da müddətin artıq 3 ay yox, təxminən 4,5 aya qədər davam etməsi anlamına gəlir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz

6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər