Altay Cəfərovun təqdimatında: Qeyri-hökümət təşkilatının e-qaimə öhdəliyi
Mediasiya - tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və mübahisənin onları razı salacaq şəkildə həllini təmin etmək məqsədi daşıyır. Bu əməliyyatlar ölkəmizdə yeni formalaşdığına görə müəyyən suallar meydana çıxır. Yaranan suallara sərbəst auditor Altay Cəfərov “vergiler.az” üçün aydınlıq gətirir.
Mediasiya təşkilatlarının fəaliyyəti “Mediasiya haqqında” Qanunla tənzimlənir. Qanunun 11.1-ci maddəsinə əsasən, mediasiya təşkilatı qeyri-kommersiya hüquqi şəxsdir. Deməli, mediasiya təşkilatı qeyri-kommersiya fəaliyyətindən əldə etdiyi gəlirləri bu məqsədlər üçün, nizamnamə ilə qeyd edilmiş qeyri-kommersiya tədbirləri üçün istifadə etməlidir, əks halda bu, kommersiya fəaliyyəti sayılacaqdır.
Bəzən sual meydana çıxır ki, mediasiya təşkilatı ilkin mediasiya sessiyası zamanı aldığı haqlara görə qarşı tərəflərə elektron qaimə-faktura verməlidirmi? “Mediasiya haqqında” Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Həmçinin Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli 308 saylı qərarı ilə ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləğləri təsdiq edilmişdir. Qərara əsasən, xidmətlərin göstərilməsinə görə haqların məbləğləri 50-200 manat arasında dəyişir.
Vergi Məcəlləsinin 71-1.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim etməlidir.
“Mediasiya haqqında” Qanuna əsasən, ilkin mediasiya zamanı alınan haqlar üzvlük haqları yox, xidmət haqlarıdır. Odur ki, Vergi Məcəlləsinin 71-1.2-ci maddəsinə görə qarşı tərəfə elektron qaimə faktura təqdim edilməlidir.
Tez-tez rastlaşdığımız bir sual da var: qeyri-kommersiya hüquqi şəxslər qeyri-kommersiya fəaliyyətlərindən əldə etdiyi gəlirlərə görə elektron qaimə-faktura göndərməlidirmi? Vergi Məcəlləsinin yuxarıda qeyd etdiyimiz maddəsində elektron qaimə-fakturanın təqdim edilməsi ilə bağlı kommersiya və ya qeyri-kommersiya tələbi qoyulmamışdır. Əgər xidmət göstərilirsə, hökmən elektron qaimə-faktura təqdim edilməlidir. Üzvlük xidmət sayılmadığından üzvlük haqqına görə qarşı tərəflərə elektron qaimə-faktura göndərilməməlidir.
Mediasiya təşkilatının ilkin sessiyaya görə əldə etdiyi məbləğ isə üzvlük haqqı yox, xidmət haqqıdır.
Onu da qeyd edək ki, elektron qaimə-fakturanın bəyannamələrdə kommersiya gəlirləri kimi əks etdirilməməsinə görə vergi orqanları kameral və başqa hər hansı uyğunsuzlar tələb edə bilərlər. Bu zamanı lazımı açıqlamalar verilməklə uyğunsuzluqlar aradan qaldırılmalıdır. Yəni problemin aradan qaldırılması üçün qurumun mediasiya (qeyri-kommersiya) təşkilatı olması, qeyri-kommersiya təşkilatlarının mənfəət vergisi bəyannaməsi təqdim etmək öhdəliyinin olmaması kimi açıqlamalar verilə bilər. Vergi Məcəlləsinin 71-1.1.3-cü maddəsi isə bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxslərə aiddir.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın