Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr və vergi növləri hansı hallarda artırılacaq?

Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr və vergi növləri hansı hallarda artırılacaq?

Satışına START verilən "Vergi Qanunvericiliyi Toplusu 2022" kitabından seçmə

1 yanvar 2022-ci ildən Vergi Məcəlləsinə 36.3-1-ci maddə əlavə edilib. Həmin maddəyə əsasən, vergi ödəyicisində keçirilən səyyar vergi yoxlaması zamanı bu maddə ilə müəyyən olunmuş müddətlər nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi dövr və (və ya) vergi növləri aşağıdakı hallarda artırıla bilər:
- vergi ödəyicisinin müraciəti əsasında (Maddə 36.3-1.1.);
- keçirilən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergidən yayınma hallarının olması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda (Maddə 36.3-1.2.)
- cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda. (Maddə 36.3-1.3.).
Mİsal 1. Vergi orqanı vergi ödəyicisində son 2 il üzrə səyyar vergi yoxlaması həyata keçirir. Vergi ödəyicisi müraciət edərək, son 3 il üzrə yoxlamanın keçirilməsini tələb etsə, vergi orqanı yoxlamanın əhatə etdiyi dövrü 1 il müddətinə uzada bilər. Amma vergi ödəyicisi son 4 il üzrə yoxlama, yəni yoxlama dövrünün 2 il artırılmasını tələb edə bilməz. Çünki Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.
Mİsal 2. Vergi orqanı vergi ödəyicisində yalnız əlavə dəyər vergisi üzrə yoxlama həyata keçirir. Vergi ödəyicisi vergi orqanına müraciət edərək, mənfəət (gəlir) vergisi üzrə yoxlamanın keçirilməsi ilə bağlı müraciət edir. Bu halda vergi orqanı Vergi Məcəlləsinin 36.3-cü maddəsini əsas tutaraq, vergi ödəyicisində səyyar vergi yoxlaması üzrə digər vergi növünü də əlavə edə bilər.
Mİsal 3. Vergi orqanı vergi ödəyicisində 2022-ci ildə 2020 və 2021-ci illər üzrə vergi yoxlaması həyata keçirir. Yoxlama zamanı məlum olur ki, vergi ödəyicisi yoxlamanın əhatə etdiyi dövrdən əvvəlki dövrlərdə də vergidən yayınma hallarına yol verib. Bu zaman vergi orqanının hüququ var ki, yoxlamanın əhatə etdiyi dövrü uzatsın.
Mİsal 4. Vergi orqanı 2021-ci il üzrə səyyar vergi yoxlaması həyata keçirir. Eyni vaxtda hüquq-mühafizə orqanı vergidən yayındığı üçün vergi ödəyicisində vergi yoxlamasının keçirilməsi barədə qərar çıxarır. Vergi orqanı həmin qərarı əsas tutaraq, vergi yoxlamasının müddətinin qərarda göstərilən müddət qədər artırmaq hüququna malikdir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz

6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər