Ödəniş tapşırığında borc və avans ödənişləri necə əks etdirilməlidir? (Misallarla izah)
Satışına START verilən "Vergi Qanunvericiliyi Toplusu 2022" kitabından seçmə
Vergi Məcəlləsində ödəniş tapşırığı ilə bağlı nəzərdə tutulan digər tələb borc ödənişləri ilə bağlıdır. Vergi ödəyicisi mütləq təyinat qrafasında borc ödənişini göstərməklə, tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi ödəniş tapşırığında qeyd etməlidir.
Mİsal. Vergi ödəyicisi qarşı tərəfə 4 000 manat məbləğində borc ödənişini həyata keçirib. Bu halda vergi ödəyicisi ödəniş tapşırığında ödənişin borc təyinatlı olmasını qeyd etməsə, Vergi Məcəlləsinin 16-cı maddəsinin tələblərini pozmuş olacaq. Bundan əlavə, ödəniş tapşırığında borc müqaviləsinin tarixi və nömrəsi qeyd edilməlidir. Borcun ödənilməsi ilə bağlı tələbnamə varsa, o halda yalnız həmin sənədin tarixi və nömrəsi qeyd edilsə də kifayətdir.
Vergi Məcəlləsində ödəniş tapşırığı ilə bağlı sonuncu tələb avans ödənişlərini əhatə edir. Vergi Məcəlləsinin 16.11.4-cü maddəsinə əsasən, vergi ödəyicisi avans ödədikdə, mütləq ödənişin təyinatı qrafasında avans ödənişi olmasını qeyd etməlidir. Həmçinin, ödəniş tapşırığında tələbnamənin, yaxud tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi də qeyd edilməlidir.
Mİsal. Vergi ödəyicisi qarşı tərəfin təqdim edəcəyi 4 000 manatlıq malların (iş, xidmətlərin) dəyərinin 50 faizi həcmində, yəni 2000 manat məbləğində avans ödəyir. Bu halda ödəniş tapşırığında müvafiq hissə aşağıdakı kimi doldurulur:
D1. Ödənişin təyinatı və əsas: 15 yanvar 2022-ci il tarixli və 12/22 saylı müqaviləyə əsasən, avans ödənişi həyata keçirilir. ..........................................................................................................................
Digər variant:
D1. ÖDƏNİŞİN TƏYİNATI VƏ ƏSAS: Avans ödənişi həyata keçirilir.
D2.ÖDƏNİŞLƏ ƏLAQƏDAR ƏLAVƏ İNFORMASİYA: 15 yanvar 2022-ci il tarixli və 12/22 saylı müqavilə.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın