Tibbi müəssisələri hansı halda nəzarət-kassa aparatı quraşdıracaq?
Satışına start verilən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə
1 yanvar 2022-ci il tarixdən tibb müəssisələri də nəzarət-kassa aparatı quraşdırılması məcbur hesab edilən obyektlər hesab edilir. Qeyd edək ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əsasən, tibb müəssisələrinin dövlət qeydiyyatı qanunvericiliklə müəyyən olunmuş qaydada aparılır.
Təcrübədə rast gəlinən suallardan biri apteklərin tibb müəssisəsi hesab olunub-olunmaması ilə bağlıdır. Apteklər lisenziya əsasında fəaliyyət göstərsə də, dərmanların pərakəndə satışını həyata keçirir, yəni hər hansı tibbi xidmət göstərmir. Bu səbəbdən də, apteklər pərakəndə satış fəaliyyəti ilə məşğul olduğundan nəzarət–kassa aparatının tətbiqi öncədən məcburi xarakter daşıyırdı.
Digər bir sual stomatoloji xidmət göstərən mərkəzlərdə nəzarət-kassa aparatının tətbiqi ilə bağlıdır. Fikrimizcə, stomotoloji xidmət göstərən vergi ödəyiciləri 1 yanvar 2022-ci il tarixdən nəzarət-kassa aparatı tətbiq etməyə borcludur. Cünki onların təqdim etdiyi xidmətlər tibbi xidmət olduğu üçün tibb müəssisələri hesab edilirlər.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın