İdxalla bağlı maliyyə sanksiyası necə tətbiq ediləcək?
Satışına start verilən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı”(II nəşr) kitabından seçmə
Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən, idxal edilmiş mallar barədə bu Məcəllənin 16.1.11-11-ci maddəsində göstərilən məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Mİsal 1. Pərakəndə satış fəaliyyəti ilə məşğul olan mikro sahibkarlıq subyekti 10 000 manatlıq mal idxalı edib. Anbarı olmadığı üçün həmin malları saxlanma müqaviləsi bağlamaqla başqa vergi ödəyicisinin təsərrüfat subyektinə yerləşdirir. Vergi ödəyicisi hesab edir ki, mikro sahibkarlıq subyekti olduğuna görə Vergi Məcəlləsinin 16.1.6-cı maddəsindəki məlumat formasını təqdim etməyə ehtiyac yoxdur. İdxal haqqında məlumatı təqdim etməyən mikro sahibkarlıq subyektintə Vergi Məcəlləsinin 57.5-cü maddəsinə uyğun olaraq 200 manat (10 000 mant (idxal olunan malın dəyəri) x 2 faiz (mikro sahibkarlıq subyektlərin münasibətdə maliyyə sanksiyasının faizi) məbləğində maliyyə sanksiyası tətbiq edəcək.
Mİsal 2. Topdansatış fəaiyyəti ilə məşğul olan iri sahibkarlıq subyekti Rusiyadan 200 000 manatlıq taxta məhsulları idxal edib. Vergi ödəyicisi aldığı malları vergi orqanında uçotda olan anbara boşaldıb. Vergi ödəyici həmin mallarla bağlı Vergi Məcəlləsinin 16.1.6-cı maddəsində nəzərdə tutulan məlumat formasını təqdim etməyib. Bu zaman vergi orqanı tərəfindən vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.5-ci maddəsinə uyğun maliyyə sanksiyası tətbiq olunacaq.
….
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın