Xidmət sahəsində fəaliyyət göstərən vergi ödəyicilər üçün 75 fazilik güzəşt ləğv edilir?
Satışı davam edən “Vergi Qanunvericiliyi Toplusu 2022” kitabından seçmə
Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində edilən dəyişikliyə əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirlərinə 75 faiz güzəti yalnız Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu apardıqda tətbiq ediləcək.
….
Vergi ödəyicilərini maraqlandıran əsas məsələ xidmət sahəsi üzrə Vergi Məcəlləsinin 102.1.30-cu maddəsindəki 75 faizlik güzəştin tətbiq edilməsi ilə bağlıdır.
Mİsal 3. Fərdi sahibkarın saytı var və əsas gəlirləri vergi ödəyicilərindən gələn reklam əsasında formalaşır. Gəlirləri vergi ödəyicilərindən daxilolmalardan formalaşdığı üçün gəlir vergisi ödəyicisi olan fərdi sahibkarın 2022-ci il üzrə gəlirləri 30 000 manat olub. Vergi ödəyicisinin xərcləri fərdi sahibkara hesablanan sosial sığorta ayırması və icbari tibbi sığorta məbləğləri ilə yanaşı, bank və nağdlaşdırmaya görə 1 faizlik sadələşdirilmiş vergidən ibarətdir. Bu halda vergi orqanı tərəfindən digər xərclərin uçotunun aparılması tələb edilə bilər? Misal üçün, vergi orqanı fərdi sahibkarın istifadə etdiyi kompüterin mədaxil sənədini və ya istifadə etdiyi (çalışdığı) obyektin uçota qoyulmasını tələb edə bilər. Hesab edirik ki, vergi orqanı xidmət göstərən şəxslər üzrə xərclərin uçotu ilə bağlı belə xırdalıqlara getməyəcək, amma vergi ödəyicisi güzəştin ləğv olunmaması üçün xərclərinin düzgün uçotunu aparmalıdır.
Mİsal 4. Xidmət sahəsində fəaliyyət göstərən vergi ödəyicisi 2022-ci il üzrə gəlirlərinin 40 000 manat olmasını bəyan edib. Vergi orqanı vergi ödəyicisinin bank hesabları üzrə mədaxilini araşdırarkən aşkar edib ki, mikro sahibkarlıq subyekti olan vergi ödəyicisinin gəlirləri 55 000 manat olsa da, təqdim etdiyi cari vergi ödəmələri haqqında arayış və ya bəyannamədə gəlirlərini azaldıb. Bu halda vergi orqanı tərəfindən vergi ödəyicisinin Vergi Məcəlləsinin 102.1.30-cu maddəsindəki 75 faizlik güzəşti tətbiq olunmaya bilər.
Mİsal 5. İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən fərdi sahibkarın 2022-ci ildə gəlirləri 80 000 manat olub. Vergi orqanının araşdırması zamanı məlum olub ki, vergi ödəyicisi qarşı tərəflə müqaviləsinə əsasən, server avandanlıqlarının satışını həyata keçirib. Fərdi sahibkar bildirir ki, həmin server avandanlıqlarını ölkəyə sahibkar yox, vətəndaş kimi idxal edib və ya vaxtı ilə başqa vergi ödəyicisindən alıb. Bu halda vergi orqanı təqdim edilən server avandanlıqlarının mədaxil sənədi olmadığı üçün fərdi sahibkara Vergi Məcəlləsinin 102.1.30-cü maddəsindəki 75 faizlik güzəşt tətbiq etməyə bilər.
Sonda bir məsələni bildirək ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə edilən dəyişikliyə əsasən, cari vergi ödəmələrinin hesablanması haqqında arayış üzrə kameral vergi yoxlaması həyata keçiriləcək. Mümkündür ki, vergi orqanı vergi ödəyicisinin cari vergi ödəmələrinin hesablanması haqqında arayışa kameral vergi yoxlaması həyata keçirdiyi üçün ilin sonundakı gəlir bəyannaməsini gözləmədən, rüb(lər) ərzində Vergi Məcəlləsinin 102.1.30-cu maddəsindəki 75 faizlik güzəştin tətbiqinə icazə verməsin.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın