Xarici ticarət fəaliyyəti ilə bağlı Ödəniş tapşırığında hansı məlumatlar əks olunmalıdır?

Xarici ticarət fəaliyyəti ilə bağlı Ödəniş tapşırığında hansı məlumatlar əks olunmalıdır?

Satışına start verilən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

İndi isə xarici ticarət fəaliyyəti üzrə tələblərin ödəniş tapşırığında qeyd edilməsini nəzərdən keçirək. Xarici ticarət fəaliyyəti üzrə proseslər iki istiqamətdə baş verir: malların idxalı və işlərin (xidmətlərin) alışı. Malların idxalı zamanı vergi ödəyicisi ödəniş tapşırığında yük gömrük bəyannaməsinin seriya və nömrəsini qeyd etməlidir.

Mİsal 1. Vergi ödəyicisi Türkiyədən 200 000 manatlıq kişi geyimləri idxal edib. Vergi ödəyicisi həmin malların ödənişini həyata keçirən zaman, ödəmə tapşırığında yük gömrük bəyannaməsinin seriya və nömrəsini qeyd etməlidir. Təcrübədə idxalla məşğul olan vergi ödəyiciləri həmin məlumatları ödəmə tapşırığında qeyd edirlər. Əgər yük gömrük bəyannaməsinin seriya və nömrəsinin qeyd edilməsində təhrif yol verilərsə, o zaman vergi orqanı vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.7-ci maddəsinə əsasən, 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edə bilər.

Mİsal 2.  Vergi ödəyicisi xaricdən 140 000 manatlıq avandanlıq alıb, razılaşmaya əsasən, vəsaitin 30 faizi, yəni 42 000 manatı avans olaraq ödəniləcək. Vergi ödəyicisi ödənişi həyata keçirdikdə, yük gömrük bəyannaməsi hazır olmadığı üçün, ödəniş tapşırığında tərəflər arasında bağlanmış müqavilənin göstəricilərini və  avans haqqında  tələbnaməni qeyd etməlidir.

Xarici fəaliyyət üzrə digər əməliyyat isə işlərin (xidmətlərin) alışıdır. Xidmətlərin (işlərin) alışı zamanı yük gömrük bəyannaməsi olmadığı üçün həmin sənədin göstəricilərini qeyd etmək mümkün olmur. Vergi Məcəlləsinin 16.11-ci maddəsində qeyd edilir ki, ödəniş tapşırığında işlərin və xidmətlərin alışı ilə bağlı hesab-faktura (invoys) sənədinin tarixi və nömrəsi qeyd edilsin.

Mİsal 3. Vergi ödəyicisi xaricdən 20 000 manat məbləğində marketinq xidməti alıb. Vergi ödəyicisi ödəməni həyata keçirdikdə, hesab-fakturanın (invoys) tarixini və nömrəsi ödəniş tapşırığında mütləq qeyd etməlidir. Qeyd edilən məlumatlar ödəniş tapşırığında yazılmadıqda və ya təhrif olunmaqla qeyd edildikdə, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 57.7-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq ediləcək.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz

6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər